“HƏMAS-a dəstək regionda gərginliyi artırır”
19 Dekabr 22:46
19 Dekabr 22:46
19 Dekabr 22:24
19 Dekabr 22:18
19 Dekabr 14:16
2 Aprel 2021 18:26
3 738
Bu ilin 2 aprel tarixində Moskva şəhərində keçirilən Müstəqil Dövlətlər Birliyinin xarici işlər nazirləri Şurasının iclasında iştirakı çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qırğızıstan Respublikasının xarici işlər naziri Ruslan Kazakbayev ilə görüşüb.
Xarici İşlər Nazirliyindən verilən məlumata görə, nazirlər Azərbaycan və Qırğızıstan arasında mövcud olan ikitərəfli münasibətlərin genişləndirilməsi və dərinləşdirilməsi üzrə fikir mübadiləsi apardılar. Əməkdaşlıq münasibətlərinin inkişafı baxımından qarşılıqlı səfərlərin həyata keçirilməsinin vacibliyini vurğuladılar.
Nazirlər ikitərəfli iqtisadi münasibətlərin inkişafı perspektivlərini müzakirə edərək bu xüsusda, Azərbaycan Respublikası ilə Qırğızıstan Respublikası arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının növbəti iclasının keçirilməsinin əhəmiyyətini qeyd etdilər.
Nazir Ceyhun Bayramov həmkarına 44 günlük Vətən Müharibəsinin nəticələri, bölgədə mövcud olan cari vəziyyət, o cümlədən üçtərəfli bəyanatların icrası ilə əlaqədar həyata keçirilən tədbirlər barədə məlumat verdi.
Tərəflər iki ölkənin xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin davam etdirilməsinin əhəmiyyətini ifadə etdilər.
Görüşdə, həmçinin Azərbaycan və Qırğızıstanın beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığının davam etdirilməsinin və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə edildi.
20 Dekabr 11:26
1 421
19 Dekabr 18:44
1 673
19 Dekabr 17:46
1 729

