Siqh Federasiyasının sədri: 1984-cü il hadisələri Pəncabın müstəqillik hərəkatının başlanğıcı olub
Ötən il əcnəbilərin Azərbaycanda qeydiyyata alınması ilə bağlı 360 mindən çox müraciət olub
Pəncab hökumətinin naziri: Hindistanın konstitusiyasından siqhlərin kimliyi silinib
Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlanılıb
Cənubi Koreyanın sabiq prezidenti 5 il həbs cəzasına məhkum edilib
10 Noyabr 2024 13:04
5 327
Noyabrın 6-da Quba Olimpiya İdman Kompleksində Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin və “Yeni Gələcək” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən “Yarpaq: Gənc Ekoloqların 1-ci Yay Liderlik Düşərgəsi” layihəsinin bağlanış mərasimi keçirilib.
Modern.az xəbər verir ki, mərasimdə Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Gənclərlə iş sektorunun baş məsləhətçisi Elsevər Bayramlı, “Yeni Gələcək” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin sədri Elnur Əlizadə, baş katibi Nurlan Əliyev və 50 nəfər gənc iştirak edib.
Layihənin məqsədi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan olunması ilə bağlı 25 dekabr 2023-cü il tarixli Sərəncamından irəli gələn vəzifələrin icrasının təmin olunması, yeniyetmə və gənclərin ətraf mühitə qarşı davranış hissinin formalaşması, gənclər arasında ekologiya sahəsində mühafizəkarlığın artırılması, gənclərin bu sahəyə olan maraqlarının daha da artırılması, həmçinin gələcəkdə lider ekoloqların yetişməsi, onların ekologiya sahəsində olan ideya və düşüncələrinin dəstəklənməsinə yönəlib.
Düşərgənin sonuncu günündə intellektual oyun, komandalar arasında debat turniri keçirilib.
Layihənin sonunda düşərgədə iştirak edən gənclər sertifikatlarla təltif edilib.
#AzərbaycanGəncləri #Gənclərİdman#birkimibirlikdə #qubaxachmazrgii #QXRGII#azeqxrgii #YGGMİB #AzGF #GenclerFondu
10:48
161
15 Yanvar 17:40
1 141
15 Yanvar 16:11
1 232














