29 Avqust 11:17
28 Avqust 14:41
Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib
Gürcüstan-Moskva marşrut avtobusu qəzaya uğrayıb, 5 nəfər ölüb, 38 nəfər xəsarət alıb
Ararat Mirzoyan erməni diplomatlarla birgə Ermənistan-Türkiyə sərhəd-keçid məntəqəsinə baş çəkib
FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
"Tarixlə tarixçi alimlər məşğul olmalıdır"-Qüdrət Həsənquliyev
1 Aprel 2024 17:18
10 045
Ərdəbil əyalətində məktəb çatışmazlığı davam edir və adambaşına düşən təhsil sahəsi ölkə üzrə orta göstəricidən aşağıdır.
Gunaz.tv
Bunu əyalətin Məktəblərinin Təmiri İdarəsinin Baş direktoru Behzad Məhəmmədi deyib.
O, yeni məktəblərin tikintisi üçün yetərli vəsait ayrılmadığı üçün əyalət məktəblərinin 30 faizinin yerli xeyriyyəçilərin hesabına inşa edildiyini bildirib.
Ərdəbil əyalətinin Təhsil İdarəsinin başçısı Kəlamullah Səfəri isə əyalətdə 3661 sinif otağından ibarət 750 məktəbin qəzalı vəziyyətdə olduğunu deyib.
Səfərinin sözlərinə görə, ölkə səviyyəsində ortalama standarta yaxınlaşmaq üçün Ərdəbil əyalətində 6500 yeni sinif otağı inşa edilməlidir.
Qeyd edək ki, uzun illərdir Təhsil Nazirliyinin yerli bölmələri dövlətin yeni məktəblərin tikintisi və köhnə məktəblərin təmiri üçün vəsait ayırmadığını deyirlər.
Bu səbəbdən Azərbaycan əyalətlərində məktəb binalarının çatışmazlığı problemi çox hallarda yerli xeyriyyəçilərin vəsaiti hesabına həll olunur.
28 Avqust 10:48
1 785
25 Avqust 11:15
2 933
25 Avqust 11:13
2 814