“HƏMAS-a dəstək regionda gərginliyi artırır”
19 Dekabr 22:46
19 Dekabr 22:46
19 Dekabr 22:24
19 Dekabr 22:18
19 Dekabr 14:16
2 Fevral 2022 10:59
21 217
Təbrizin İstilik Elektrik Stansiyasında (İES) güclü yanğın baş verib. Bu barədə Təbriz Yanğınsöndürmə İdarəsinin sədr müavini Əkbər Dəşti məlumat yayıb.
Məlumata görə, fevralın 1-i axşam saatlarında istilik elektrik stansiyasında baş verən güclü yanğın nəticəsində iki nəfər ağır yanıq xəsarətləri alıb.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Şərqi Azərbaycan əyalətinin Böhran İdarəetmə Mərkəzinin başçısı Məhəmməbaqir Hünərbər isə mediaya verdiyi açıqlamada yanğının söndürüldüyünü, üç nəfərin xəsarət aldığını təsdiq edib.
Təbriz-Tufarqan yolunun 16 kilometrliyində yerləşən İstilik Elektrik Stansiyası nominal istehsal gücü 800 MVt-dır.
Bu son ildə istilik elektrik stansiyasında baş verən ikinci yanğın hadisəsidir.
Gunaz.tv
18 Dekabr 19:45
2 044
18 Dekabr 11:03
2 261
17 Dekabr 11:25
2 695