
Sözünə sadiq LİDER
29 Sentyabr 21:14
29 Sentyabr 21:14
29 Sentyabr 19:29
29 Sentyabr 19:28
Türkiyə ordusu ölkə hüdudlarından kənarda keçirilən əməliyatlarda bu günə qədər 34 mindən çox terrorçunu məhv edib.
Trend-in TurkicWorld-a istinadən məlumatına görə, bunu Türkiyənin Milli Müdafiə Naziri Hulusi Akar deyib.
H.Akar İraqın şimalında PKK terror təşkilatına qarşı keçirilən “Pəncə Kilid” əməliyyatının uğurla başa çatması ilə birlikdə sərhəd xəttini bağlayacaqlarını və terrorçuların sərhədlərə girməsinin mümkün olmayacağını bildirib.
“Əməliyyatımız planlaşdırıldığı kimi böyük uğurla davam edir. ‘Pəncə Kilid’ əməliyyatında indiyədək 56 terrorçu zərərsizləşdirilib”, - deyə H.Akar qeyd edib.
Onn sözlərinə görə, bu ilin əvvəlindən zərərsizləşdirilən terrorçuların sayı isə 1000-ə yaxınlaşıb.
Qeyd edək ki, bu il aprel ayının 18-i Türkiyə Silahlı Qüvvələri İraqın şimalındakı Metina, Zap və Avaşin-Basyan bölgələrində terrorçu hədəflərə qarşı qurudan və havadan ‘Pəncə Kilid’ əməliyyatı başladıb.