
Türkiyənin İzmir vilayətində qəhvəxanada atışma baş verib.
Trend-in məlumatına görə, hadisə Menderes ərazisində baş verib. Qəhvəxanada toplaşan qrup arasında başlayan dava atışmaya çevrilib.
Atışma nəticəsində 5 nəfərin öldüyü bildirilib. Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.