17 Sentyabr 22:08
Hikmət Hacıyev Almaniya səfiri ilə ikitərəfli münasibətləri müzakirə edib
ADY lokomotiv parkını yeniləyir: Çindən yeni lokomotivlər Bakıya gətirilib - FOTO
“Bu tarix Azərbaycanın müstəqillik və dövlətçilik tarixinin mühüm səhifələrindəndir”
Azərbaycan DTX 5 ölkədə paralel antiterror tədbirləri keçirib, 10 nəfər saxlanılıb - VİDEO
27 Aprel 2021 10:35
2 240
Almaniya kansleri Angela Merkel yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı Rusiya istehsalı “Sputnik V” peyvəndinin alınması ilə bağlı ölkəsinin şərtini açıqlayıb.
TASS-ın verdiyi xəbərə görə, Almaniya kansleri vaksinlərin məhz Avropa İttifaqının müvafiq qurumu tərəfindən sertifikasiya olunmasını vacib sayıb.
Onun sözlərinə görə, bu proses vaxtında tamamlansa, ittifaq ölkələri onu idxal edə bilər.
Qeyd edək ki, bu ilin martında A. Merkel Rusiya tərəfinin vaksinlərlə bağlı ölkəsinə təqdim etdiyi məlumatların indiki mərhələdə onların Avrozonaya idxalı üçün yetərli olmadığını bəyan edib. Həmin vaxt o, Avropa İttifaqının bu məsələdə ortaq fikrə gəlməsinin önəmini vurğulayıb.