Bir qrup erməni siyasətçi istintaqa cəlb olunub Dünya

Bir qrup erməni siyasətçi istintaqa cəlb olunub

“Hraparak" qəzeti yazır ki, “Çiçəklənən Ermənistan”dan olan keçmiş millət vəkili Aragats Akhoyan, Arshak Zakaryan, Tigran Chobanyan, keçmiş məşhur boksçu İsrail Hakopkokyan və Vahan Çaxalyan da daxil olmaqla bir qrup tanınmış siyasi və ictimai xadim ölkənin İstintaq Komitəsinə dəvət ediliblər.
Nəşr qeyd edir ki, adı çəkilən şəxslər yanvarın 28-də keçirilən mitinq zamanı dövlət binalarını zəbt etdiklərinə görə mühakimə olunurlar. Söhbət 9 Noyabr 2020-ci il tarixində Qarabağla bağlı üçtərəfli bəyanatın imzalanmasına etiraz aksiyalarından gedir.
Ermənistan parlamentinin keçmiş deputatı Aragats Akhoyan qəzetə verdiyi məlumata görə, istintaq orqanı onlara hakimiyyəti ələ keçirmək maddəsi ilə yeni ittiham irəli sürmək niyyətindədir.

Cavid