"Almaniya da Ukrayna məsələsinə görə narahatdır" Dünya

"Almaniya da Ukrayna məsələsinə görə narahatdır"

Almaniyanın "İşıqfor" hökumətindən gözləntilər

Almaniyada uzun müddətdən sonra hakimiyyətə 3 partiyalı koalisiya gəldi. Sosial Demokrat(qırmızılar), Yaşıllar və Azad Demokrat(sarılar) partiyalatından ibarət yeni hökumət bir çox sahədə dəyişikliklər edəcəklər. Yeni hökumətə sabiq kansler Angela Merkelin maliyyə naziri olmuş Olaf Şolts başçılıq edəcək.

Bunu "Xalq Cəbhəsi"nə siyasi şərhçi Elman Vəliyev deyib.
O, qeyd edib ki, hökumətin proqramına əsasən sosial məsələlər, iqlim məsələləri daxil olacaq, amma siyasi məsələlər də geri qalmayacaq: "Sabiq Kansler Merkelin vaxtında Almaniya-Rusiya münasibətləri nizamlı şəkildə davam edirdi, hətta Rusiya "Şimal axını - 2" layihəsini həyata keçirə bildi. Bu layihə vasitəsilə Rusiya qazı Almaniya və digər Avropa ölkələrinə çatdırılır.
Hesab edirəm ki, yeni hökümət Amerika ilə münasibətləri daha da möhkəmləndirməyə çalışacaq. Ancaq ilk Rusiya yeni hökümətlə dialoqlara başlayacaq, çünki Almaniya ilə nizamlı diplomatiya Rusiyaya lazımdır. Almaniya da Ukrayna məsələsinə görə narahatdır. Rusiya bilir ki, Ukraynaya qarşı təzyiqlər etsə, Almaniya qaz layihəsinə sanksiyalar tətbiq edə bilər, bəlkə də daha artığın.

"İşıqfor" hökuməti Türkiyə ilə olan əlaqələri möhkəmləndirəcək deyə düşünürəm, hətta miqrantlar məsələsinə görə yardımlar belə edə bilər".

Cavid