

22 Sentyabr 21:27
Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində ötən gündən kəsilən naqilli internetə çıxış bu gün bərpa edilib.
Bu barədə "TASS"ın Nur-Sultandakı müxbiri xəbər verib.
Məlumata əsasən, paytaxtda internetə çıxış ötən gün saat 12:00 radələrində bağlanmışdı.
Eyni zamanda, mobil internetə qoşulma hələ də mümkün deyil.
Qeyd edək ki, Nur-Sultanda yerli vaxtla saat 23:00-dan 07:00-dək komendant saatı qüvvədədir.
Yanvarın 2-də Qazaxıstanın bir sıra şəhərlərində etiraz aksiyaları keçirilib. Bir neçə gün ərzində onlar ölkənin bir çox şəhərlərində iğtişaşlara və dövlət orqanlarına hücumlara çevrilib. Minlərlə insan xəsarət alıb, ölənlər var. Prezident Kasım-Jomart Tokayev kömək üçün KTMT-yə müraciət edib. Sülhməramlılar artıq Qazaxıstanda öz tapşırıqlarını yerinə yetirməyə başlayıblar. Hakimiyyət orqanlarının məlumatına görə, yanvarın 7-də respublikanın bütün bölgələrində ümumilikdə nizam bərpa edilib.