“Qarabağ” futbol klubunun önəmi Hadisə

“Qarabağ” futbol klubunun önəmi

Futbol ən emosional əyləncə idman növü olmaqla yanaşı, həm də böyük təbliğat vasitədir. Futbolu inkişaf edən dövlətlər bu idman növündən milyardlarla pul qazanırlar. Eyni zamanda futbol turizmdən başlayaraq digər sahələrin də inkişafına böyük təsir göstərir.
Bu və ya digər futbol yarışını televiziya qarşısında dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla insanın izlədiyini nəzərə alsaq bu idman növünün geosiyasi faktora çevrildiyi qənaətinə gəlmiş olarıq .
Belə olan halda, Azərbaycanın bu prosesdən kənarda qalması qeyri-mümkündür. Bu gün Azərbaycanda futbol inkişaf edir və emosional azarkeşlər yaranmaqdadır. Artıq minlərlə azarkeş öz komandalarını dəstəkləmək futbol meydançalarına gedirlər. Doğrudur, futbolumuzda istədiyimiz nəticələri əldə etməsək də, bu sahəyə böyük sərmayələr qoyulur.
Dünyanın güclü komandaları səviyyəsində olan azarkeşlər Azərbaycanda olmasa belə, amma artıq klublarımızı on minlər səviyyəsində dəstəkəyən insan toplumu var.
Mən "Qarabağ" klubunun son Avropa klubları ilə oyunlarında bir daha şahidi oldum ki, Azərbaycan azarkeşləri klublarımızın uğurlu qələbələrini gözləyir və oyun zaman var gücləri ilə dəstək olurlar. Əgər komandalarımızın oyunlarımız uğurlu nəticələr verəcəksə, azarkeşlərin sayında artım tendensiyası müşahidə olunacaq.
Futbolun əhəmiyyəti ilə bağlı fikirlərimin davamı olaraq qeyd etməliyəm ki, işğal altında qalan bir bölgənin adını daşıyan futbol klubunun Avropa çempionatlarında oynamasının böyük siyasi-ideoloji əhəmiyyəti var. "Qarabağ" klubunun bizim üçün digər özəlliyi ondadır ki, o, işğal altında qalan torpaqlarımızın hayqırtısıdır və beynəlxalq arenada Qarabağın Azərbaycana məxsus olmasını bir daha təsdiq edən sübutlu pasportudur.
"Qarabağ" klubunun Avroliqada oynaması Ermənistan və erməni diasporunun apardığı anti Azərbaycan və "Qarabağ ermənilərə məxsusdur" fikrini alt-üst edir və ona görə Qarabağ hər zaman Avropa klubları ilə oynayan zaman erməni diasporu bundan bərk narahat olur. Yüzlərlə konfrans keçirib, Qarabağın bizə aid olduğunu sübut etməyə çalışırıqsa, amma "Qarabağ" bir oyunla onu sübut edir.
Çünki "Qarabağ" klubu Azərbaycan adı ilə oyunlara çıxır və uğurlu nəticələr əldə edir. Üstəlik, dünya mediasında "Qarabağ" sözü adı ictimaiyyəşləməyə başlayır və insanların şüurunun alt qatında öz yerini tutur.
Hər bir azərbaycanlı, hər bir türk insanı "Qaraba?" klubunun yanında olmalı, ona öz dəstəyini göstərməlidir.

Elnur Eltürk