
“Bu, Azərbaycanın artan beynəlxalq nüfuzunu bir daha təsdiqlədi”
18 Oktyabr 20:32
18 Oktyabr 20:32
18 Oktyabr 12:10
17 Oktyabr 18:26
17 Oktyabr 16:55
Qarsda Türk Dünyasının Elmi Birliyini Gücləndirən Beynəlxalq Simpozium Keçirilib
Qəzzanın cənubunda yenidən toqquşmalar başlayıb, Netanyahu Orduya əmr verib - YENİLƏNİB-4
Ukrayna Ordusu Rusiyada neft və qaz emalı zavodlarına zərbə endirib
Oktyabrın 22-dək fasilələrlə yağış yağacaq, leysan olacaq, dolu düşəcək
“Azərbaycan qanunvericiliyində təhqir, böhtan və bu cür yaramaz hallar məsuliyyət yaradır. Hətta cinayət məsuliyyəti yaradır”.
Bunu Hüquq Müdafiə Təşkilatlarının Monitorinq Qrupunun təşkilatçılığı ilə “Sosial şəbəkələrdə söyüş, təhqir və böhtana YOX deyək” adlı dəyirmi masada çıxış edən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə deyib.
O bildirib ki, böhtan, təhqirə görə Cinayət Məcəlləsinin 147, 148 və 148.1 maddələri mövcuddur: “Lakin bu maddələr bu gün tətbiq edilmir. Bəlkə nəinki bu maddələrin tətbiqinə başlamalı, əksinə bu maddələrin sanksiyalarının artırılmasının da vaxtıdır”.
Deputat qeyd edib ki, son vaxtlar onlara edilən müraciətlərdə ayrı-ayrı şəxslər tərəfindən qadınlar, qızlar sosial şəbəkələrdə şantaj edilir: “Onların şəkilləri montaj edilərək müxtəlif görüntülərlə paylaşılır. Namuslu bir qadının əxlaqsız olması ilə bağlı internet informasiya ehtiyatlarında saxta istifadəçi adlar altında profil və ya hesablardan istifadə etməklə onlara yalandan böhtanlar atılır, təhqir edilirlər. Bunların qarşısının alınmasının zamanı çoxdan çatıb”.
Tədbirdə son dövrlərdə sosial şəbəkələrdə, xüsusilə "Youtube"də heç bir əxlaqi dəyərlərə sığmayan, söyüş, təhqir və böhtan xarakterli çıxışlarla bağlı bəyanat səsləndirilib.
Dəyirmi masada qeyd olunub ki, axır zamanlar sosial şəbəkələrdə, xüsusilə "Facebook", "Youtube" vasitəsilə yayılan söyüş təhqir və böhtan xarakterli çıxışların şahidi oluruq.
“Həmin çıxışlara münasibət bildirən və şərh yazan sosial şəbəkə iştirakçıları dilə gətirilməsi belə mümkün olmayan söyüş, təhqiramiz ifadələr işlədirlər”.
Bəyanatda qeyd olunur ki, milli, mənəvi, əxlaqi dəyərlərimizdən uzaq olan bu cür halların belə davam etməsi hiddət doğurur.
“ Hər bir vətəndaşımızın tələbə və gənclərimizin xüusilə məktəblilərin təlim-tərbiyəsinə mənfi təsir göstərir, bu yolverilməzdir”.
Tədbir iştirakçıları söyüş və təhqirdən istifadə edən həmin şəxsləri təhqir və böhtanlara yox deməyə çağırıblar.
Tədbirdə ziyalılar, deputatlar, QHT-lərin və KİV-lərin nümayəndələri və müxtəlif sahələrin təmsilçiləri iştirak edirlər.