IV Bakı Təhlükəsizlik Forumu: ümumi mənzərə və mühüm amillər
23 Sentyabr 23:37
23 Sentyabr 23:37
23 Sentyabr 23:29
23 Sentyabr 23:17
2 Aprel 2020 10:23
2 296
Prezident İlham Əliyev İqtisadiyyat nazirinə yeni müavin təyin olunması barədə sərəncam imzalayıb.
Report xəbər verir ki, sərəncamla bu vəzifə Sahib Nurəddin oğlu Ələkbərova həvalə edilib.
O, indiyə qədər Vergilər nazirinin müavini olub.
3-cü dərəcəli dövlət vergi xidməti müşaviri oğlu S.Ələkbərov 1952-ci ildə Samux rayonunda anadan olub. 1972-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu, 1984-cü ildə Moskva İctimai Elmlər Akademiyasını bitirib.
Ordu sıralarında hərbi xidməti başa vurduqdan sonra, 1974-cü ildən Azərbaycan Dəmir yolu Biləcəri qovşağında mühəndis, 1975-ci ildən 1996-cı ilədək komsomol və partiya orqanlarında, 1996-cı ildən 2005-ci ilədək özəl sahələrdə müxtəlif vəzifələrdə işləyib. İki çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı, komissiya sədri olub.
O, 2005-2009-cu illərdə Bakı şəhəri Səbail rRayon İcra Hakimiyyətinin başçısı, 2009-2010-cu illərdə Dövlət Statistika Komitəsi sədrinin müavini, 2 iyul 2010-cu il tarixindən isə Vergilər nazirinin müavini vəzifələrində çalışıb.
Ailəlidir, üç övladı var.
08:47
231
23 Sentyabr 22:20
707
23 Sentyabr 22:07
707