30 nömrəli marşrut xətti üzrə sərnişindaşıma "BakuBus"a həvalə olunub Hadisə
- 22 May 2020 09:48
- 1 477
Vətəndaşlara keyfiyyətli, rahat və təhlükəsiz sərnişindaşıma xidmətlərinin göstərilməsi, bu sahədə qanunvericiliyin tələblərinin qorunması istiqamətində tədbirlər davam etdirilir.
Bakı Nəqliyyat Agentliyindən verilən xəbərə görə, bu çərçivədə “Transkontrol” MMC-nin müvəqqəti istismarında olan 30 nömrəli müntəzəm marşrut xəttinin ("Neftçilər" m/st- Səməd Vurğun bağı) fəaliyyəti nəzarətə götürülüb.
Keçirilən monitorinqlər nəticəsində “Transkontrol” MMC-nin fəaliyyətinin sərnişindaşıma qaydalarına zidd olması, qanunvericiliyin tələblərinin pozulması halları qeydə alınıb.
İstehsalat bazasının olmadığından avtobusların reysqabağı texniki yoxlanılması və sürücülərin tibbi müayinəsi həyata keçirilmir. Avtobuslar natəmiz olaraq xəttə buraxılır.
Marşrut xətti ilə bağlı vətəndaşlar tərəfindən də çoxsaylı şikayətlər daxil olub. Təkcə 2019-cu ildə yazılı olaraq və “Alo 141” Çağrı Mərkəzinə sürücülərin davranışı barədə 123, avtobusların istismar vəziyyəti barədə 64 müraciət daxil olub. Müraciətlər əsasında sürücülər barəsində 103 dayanacaqdan kənar, 15 sükan arxasında siqaret çəkmə və 20 hərəkət sxemindən yayınma faktı müəyyən edilərək inzibati cərimələr tətbiq edilib. Dəfələrlə daşıyıcıya yazılı və şifahi olaraq xəbərdar olsa da bu istiqamətdə hər hansı bir tədbir görülməyib.
Xidmətin keyfiyyətinin artırılması məqsədi ilə 30 nömrəli marşrut müsabiqəyə çıxarılaraq xətt üzrə sərnişindaşımaları “BakuBus” MMC-yə həvalə olunub.
23.05.2020-ci il tarixindən 30 nömrəli xətt üzrə sərnişinlərimizə ekoloji baxımdan təmiz, Avro 6 standartlarına cavab verməsi ilə fərqlənən 12 metrlik avtobuslarla xidmət göstəriləcək. Bu isə gündəlik 30 minə yaxın sərnişinin daha təhlükəsiz və rahat daşınmasına imkan verəcək. Eyni zamanda bununla nağdsız ödəniş sisteminə inteqrasiya olunan müntəzəm marşrut xətlərinin sayı 34 olacaq.
Keçirilən müsabiqə əsasında “BakuBus” MMC-yə həvalə edilən marşrut xətləri üzrə dəyişikliklər mərhələli şəkildə icra ediləcək və bu barədə əvvəlcədən məlumat veriləcək.
-
"Crocus City Hall"da xəsarət alan daha bir nəfər ölüb
-
Bakıda daha bir elektrik mühərrikli avtobus xəttə buraxıldı
-
Soyqırım qurbanlarının və bütün şəhidlərimizin ruhu bu gün şaddır - Səttar Möhbalıyev
-
Bəşər tarixinin ən qanlı faciələri: 31 mart Azərbaycanlıların soyqırımı
-
Mirça Luçesku “Beşiktaş”a qayıdır
-
Moskvadakı terroru Amerika təşkil edib?
-
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
-
Küləyin sürəti güclənəcək - XƏBƏRDARLIQ
-
Bakıətrafı sərnişindaşıma xidmətinin qismən subsidiyalaşdırılmasına başlanılır
-
Tacikistanda "Crocus City Hall"dakı terror aktı ilə bağlı 9 nəfər saxlanılıb
-
Qulu Ağsəsin “Görsən üşüyürsən...” adlı şeirlər kitabı çap olunub
-
Ramazan ayına görə Qəzvində iş yerləri bağlandı
-
Sabirabad sakininə çoxsaylı xəsarət yetirilməsi ilə bağlı iş məhkəməyə göndərildi
-
Təbriz şəhəri Şahnaz küçəsinin tarixçəsi haqqında
-
Tozlu hava şəraiti nə qədər davam edəcək?
-
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
-
8 Noyabr prospektində əsaslı təmir işləri aparılır
-
İlin əvvəlindən ödəniş kartları ilə əməliyyatların həcmi kart əməliyyatlarının 61.8%-ni təşkil edib
-
Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcək
-
NATO İspaniyada üçüncü hərbi-dəniz bazasını yerləşdirir
-
Artıq Tehranda səfirliyin açılması gözlənilmir
-
Ermənistan parlamentində Avropaya inteqrasiya ilə bağlı dinləmələr keçiriləcək
-
İsrailin Hələbə hücumu nəticəsində 3 Hizbullah üzvü həlak olub
-
Nobel Sülh mükafatçısı UNEC rektorunun müşaviri təyin olunub
-
“60 çiçək – bir çələng” adlı Zəfər almanaxı işıq üzü görüb
-
Moskvada MDB İqtisadi Şurasının 101-ci iclası başlayıb
-
Qalaktikamızdakı qara dəliyin yeni görüntüsü - FOTO
-
40 yaşında görünürəm - Bayden
-
“İpoteka götürmək istəyən jurnalistlərə elə münasibət göstərirlər ki...”-Siyavuş Novruzov
-
Nazim Bəydəmirlinin həbs müddəti uzadıldı
-
Tayfur Əliyev Avropa çempionatında köhnə çəkisinə qayıdacaq
-
Bu halda ipotekaya xitam veriləcək
-
Yunanıstanda 6 bal gücündə zəlzələ olub
-
Bu şəxslərin maaşı ARTIRILIR
-
“Milli Məclisin xüsusi iclası çağırılsın” - Qüdrət Həsənquliyev
-
“Belə vəziyyətdə də uşaqlar kriminal aləmə yönəlirlər”
-
Narazı urmulu müəllim barədə həbs qərarı çıxarıldı
-
“Vəsaiti olmayan bələdiyyə necə fəaliyyət göstərə bilər?”
-
Kukla Teatrı aprel repertuarını açıqlayıb
-
Təbriz şəhəri stadiumunda qadın azarkeşlərin iştirakına icazə verildi
-
Sara Təbrizi şübhəli şəkildə ölüb
-
Sabah 18 dərəcə isti olacaq
-
Alzheimer xəstəliyi orqan nəqli ilə də yayıla bilər
-
“Yerli özünü idarəetməni inkişaf etdirməsək bir çox problemləri həll edə bilməyəcəyik” - Qüdrət Həsənquliyev
-
Ermənistanda Solovyova qadağa
-
Rusiya və Qərbin əməkdaşlıq edəcəyi sahə qalmayıb - Lavrov
-
Moskvada terrorda xəsarət alanların sayı 382 nəfərə çatıb
-
Elektroenergetika və bərpa olunan enerji sahəsində Texniki Komitə yaradıldı
-
İctimai-iaşə obyektlərinin sahiblərinə ÇAĞIRIŞ
-
Bayram günlərində Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatarlar hər gün hərəkətdə olacaq
-
Portuqaliya, İspaniya ilə bir qrupda olmaq istəməzdik - Yığmamızın baş məşqçisi
-
Xəzər dənizində üçüncü ölkələrin hərbi iştirakı regionun maraqlarına ziddir - İran XİN
-
“Terrorun əsas mənbəyi çirkli pullardır”
-
Şagirdlərin yerdəyişmə prosesi dayandırılacaq
-
“Onlar özlərinin iyrənc hisslərini düşünürlər”
-
“Bir ölkə vətəndaşın təhlükəsizliyini təmin edə bilmirsə...”
-
Cabbar Qaryağdıoğluna həsr olunmuş “Xalqın mədəni sərvəti” layihəsi davam edir
-
“İki ölkə parlamentinin sülh prosesinə hansə formada dəstək verəcəyi kimi məsələlər müzakirə edilib”
-
Paşinyan ABŞ və Aİ-yə ümid bəsləyir
-
Zərşuran kəndinin əhalisi aksiya keçirib