Rusiyanın hərbi gəmiləri Bakıda Hadisə

Rusiyanın hərbi gəmiləri Bakıda

Dünən Rusiya Federasiyası Xəzər Dəniz Donanmasının "Dağıstan" böyük raket gözətçi və "Qrad Sviyajsk" kiçik raket gözətçi gəmilərinin Bakıya rəsmi səfəri başlayıb.
Müdafiə Nazirliyinin mətbuat xidməti xəbər verir ki, hərbi orkestrin müşayiəti ilə sahilə yan alan Rusiya hərbi gəmilərini Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin və Rusiyanın ölkəmizdəki səfirliyinin nümayəndələri qarşılayıb.
Səfər ərzində gəmilərin komandanlığı və şəxsi heyəti Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət edəcək, Azərbaycanın Hərbi Dəniz Qüvvələri komandanlığı ilə görüşəcək və Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbindəki tədris prosesi ilə tanış olacaqlar.
Gəmi heyətinin proqram çərçivəsində mədəni və tarixi abidələrlə tanışlıq məqsədilə Bakı şəhərinə gəzintisi, həmçinin futbol üzrə yoldaşlıq görüşünün keçirilməsi planlaşdırılır.
Səfər oktyabrın 19-dək davam edəcək.