Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_d/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_c/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_2/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_8/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_5/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_7/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_0/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_9/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_e/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_3/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_a/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_4/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_6/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_f/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_b/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642
“Dünya iqtisadiyyatında vəziyyət ölkələr üzrə karantin rejiminin bitməsi ilə bağlıdır”

“Dünya iqtisadiyyatında vəziyyət ölkələr üzrə karantin rejiminin bitməsi ilə bağlıdır” İqtisadiyyat

“Dünya iqtisadiyyatında vəziyyət ölkələr üzrə karantin rejiminin bitməsi ilə bağlıdır”

“Neftin dünya bazar qiymətləri ilə bağlı yaxın müddətdə daha möcüzəvi xəbərlər eşidə bilərik. Amma bu gün tankerlər neftlə doludur, lakin alıcı yoxdur. Boru kəmərlərində axın, həmin kəmərlərdən boşalma həyata keçmədiyinə görə durğun vəziyyətdədir. ABŞ neftinin qiymətinin aşağı düşməsi də məhz bu proseslərlə əlaqədardır". Bunu iqtisadçı ekpsert Pərviz Heydərov deyib. ABŞ-ın özündə xam neft saxlayan rezervlərinin dolu olduğunu deyən ekspert söyləyib ki, satışa göndərilən neft də tankerlərdə qalıb və həmin tankerlər bazarlarda gözləmə mövqeyindədir. Onun sözlərinə görə, dünya iqtisadiyyatında vəziyyət ölkələr üzrə karantin rejiminin bitməsi ilə bağlıdır: "Düzdür, bu yaxınlarda OPEC ölkələri bir araya gələ bildilər və martın əvvəlində Rusiya ilə Səudiyyə Ərəbistanı arasında olan anlaşılmazlığı aradan götürməklə iki il müddətinə gündəlik hasilatın təxminən 10 milyon barel həcmində azaldılması haqqında qərar qəbul etdilər. May ayından bu qərarın icrasına başlanılacaq. Lakin bu, vəziyyətə o qədər də müsbət təsir göstərməyəcək. Bunun üçün ilk növbədə tələbatın enməsi prosesi dayanmalıdır". P.Heydərov qeyd edib ki, adətən OPEC+ ölkələri hasilatın azaldılması haqqında nəinki müvafiq qərar qəbul edən kimi, hətta bunu etmək istədiklərini bildirən zaman dərhal bu, bazara təsir göstərirdi və qiymətlər qalxırdı: "Amma indi OPEC+ ölkələri altı aylıq deyil, hətta iki illik bir müddət üçün hasilatın azaldılması haqqında qərar qəbul etdilər, lakin bunun bazara faktiki heç bir təsiri olmadı. Arada 30 ABŞ dollara qədər qalxsa da, yenidən aşağı düşdü". Ekpsertin fikrincə, bu ilin yazına qədər dünya neft bazarında mövcud vəziyyət qalmaqda davam edəcək: "Dünya ölkələrində pandemiya ilə əlaqədar karantin vəziyyəti bu ilin birinci yarısının sonuna qədər aradan götürülərsə və ilin ikinci yarısında dünya iqtisadiyyatı tədricən özünə gəlməyə başlayarsa, yalnız o zaman dünya neft bazarında tələbin yenidən normal səviyyədə bərpa olunacağını gözləyə bilərik. Təklif artıqlığı yoxa çıxdıqdan sonra dünya bazarında neftin qiymətinin sabitləşməsindən danışmaq mümkündür. Bu proses isə təqribən bu ilin ikinci yarısına qədər uzanacaq”.