16 Sentyabr 23:38
12 İyun 2020 17:07
5 495
Aviabiletlərin qiyməti beynəlxalq uçuşlar bərpa olunandan sonra müəyyən ediləcək. Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə "Azərbaycan Hava Yolları" (AZAL) Qapalı Səhmdar Cəmiyyətinin vitse-prezidenti Eldar Hacıyev deyib. Onun sözlərinə görə, biletlərin qiymətindən danışmazdan öncə beynəlxalq uçuşlar başlanmalıdır: "Hazırda yeni qiymətlər barədə müzakirələr aparılmır. Uçuşlar başlayandan sonra bununla bağlı məsələ müzakirə olunacaq. Çünki, uçuş zamanı yerlər məhdud olacaq, sərnişinlərə qoruyucu avadanlıqlar paylanacaq. Bu xərclər isə şirkətin üzərinə düşəcək. Amma AZAL hələ ki, uçuşların qiymətinin bahalaşdırılması barədə düşünməyib".
16 Sentyabr 23:00
763
16 Sentyabr 16:50
847
16 Sentyabr 11:40
882
Rəqəmlər, ekspert fikirləri və dövlətin mübarizə mexanizmləri erkən evliliklərlə bağlı hansı mənzərəni ortaya qoyur? - ARAŞDIRMA