16 Sentyabr 23:38
8 Yanvar 2020 16:40
2 205
“ATƏT Parlament Assambleyası (PA) fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkiləri ilə əlaqədar Azərbaycana seçki müşahidə missiyası göndərmək niyyətindədir”.
Bunu ATƏT PA-nın mətbuat xidmətinin rəhbəri Nat Perri deyib.
O bildirib ki, müşahidə missiyasının göndərilməsi məsələsi hələ planlaşdırma mərhələsindədir.
“Ona görə də Parlament Assambleyasının müşahidəçilər heyətinin neçə nəfərdən ibarət olacağını söyləmək çətindir. Lakin iki il əvvəl keçirilən prezident seçkiləri üçün təxminən 50 müşahidəçimiz Azərbaycana səfər etmişdi. Çox güman ki, bu seçkidə də oxşar rəqəm olacaq. Bildiyiniz kimi, tərəfdaş təşkilatımız ATƏT/DTİHB 30 uzunmüddətli və 350 qısamüddətli müşahidəçini göndərməyi nəzərdə tutub”, - deyə ATƏT PA-nın sözçüsü qeyd edib.
16 Sentyabr 23:22
441
16 Sentyabr 18:11
700
16 Sentyabr 17:36
1 652
Rəqəmlər, ekspert fikirləri və dövlətin mübarizə mexanizmləri erkən evliliklərlə bağlı hansı mənzərəni ortaya qoyur? - ARAŞDIRMA