“Türk Şurasının Zirvə görüşündə pandemiyaya dair müzakirələrin aparılması...” Siyasət

“Türk Şurasının Zirvə görüşündə pandemiyaya dair müzakirələrin aparılması...”

AMEA Elm Tarixi İnstitu: “Həmrəyliyin növbəti bariz təzahürüdür”

Azərbaycan Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyev təşəbbüsü ilə keçirilən Türk Şurasının onlayn fövqəladə Zirvə görüşündə dünya miqyasında ilk dəfə dövlət başçıları səviyyəsində COVID-19 pandemiyasına dair müzakirələr aparılıb.
AMEA Elm Tarixi İnstitundan bildirilib ki, bu müzakirələrin aparılması bizim nümunəvi səviyyədə olan həmrəyliyimizin növbəti bariz təzahürüdür:"Bizi birləşdirən ortaq soykök, tarix, mədəniyyət və milli dəyərlər qarşılıqlı səmərəli fəaliyyətimiz üçün mühüm əsasdır. Paralel şəkildə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva tərəfindən koronavirus infeksiyası ilə bağlı zamanında qəbul edilən qərarlar, həyata keçirilən xeyriyyə tədbirləri və xəstələrin sağlamlığı üçün tapşırıqlar Azərbaycanın bu bəşəri bəla ilə mübarizədə qalib gələcəyinə dəlalət edir".
İnstitutdan bildirilib ki, ölkə Prezidentinin dünyada kütləvi hal alan koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması məqsədilə həyata keçirdiyi qabaqlayıcı tədbirlər, əhalinin sağlamlığının qorunması üçün atdığı təxirəsalınmaz addımlar hazırda respublikada bu virus daşıyıcılarının sayının azalmasına, yeni yoluxma hallarının getdikcə azalan temp üzrə inkişafına səbəb olub. Ardıcıl verilən sərəncam və göstərişlər Azərbaycan vətəndaşının təhlükəsizliyinə və sağlamlığının qorunmasına hesablanmış addımlardır:
"Hazırda ölkədə bütün lazımi tədbirlər görülür. Xaricdən gələn Azərbaycan vətəndaşları karantinə yerləşdirilib. Karantin üçün əlverişli şərait yaradılıb. Ölkəmizin müxtəlif yerlərində olan bir çox xəstəxanalarda koronavirus xəstələri mülicə alırlar. Bunlar dövlət tərəfindən ölkə vətəndaşlarının sağlamlığı üçün atılmış mühüm addımlardır".