MŞ-dən İŞİD-ə aparan yol... Siyasət

MŞ-dən İŞİD-ə aparan yol...

Siyavuş Novruzov: "Milli Şura"nın mitinqində Ermənistanın bayrağı belə qaldırılsaydı, heç də təəccüblənməzdim"
Aydın Mirzəzadə: "İŞİD terrorçu təşkilatının bayraqlarını qaldırılması onların çox şübhəli əlaqələrindən xəbər verir"
Sahib Alıyev: "İŞİD-dəkilər nə qədər islamçı sayıla bilərlərsə, mitinq keçirənlər də bir o qədər demokrat və millidirlər"
Ramiz Alıyev: "İŞİD-i yaradanlarla da əməkdaşlıq etsələr belə arzuları reallaşmayacaq"

Oktyabrın 12-də Milli Şura Yasamal rayonundakı "Məhsul" stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib. Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, saat 15.00-dan 17.00-dək davam edən toplantıda həmin quruma daxil olan AXCP, İslam, Milli Demokrat, həmçinin Müsavat, Xalq partiyalarının, "El" hərəkatının, eləcə də bir sıra digər müxalifətyönümlü qeyri-hökumət və gənclər təşkilatlarının ümumi sayı 900 (doqquz yüz) nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib. Həmin mitinqdə şok olay yaşanıb. Belə ki, AXCP fəallarının bir neçəsi "İraq Şam İslam Dövləti" (İŞİD) terrorçu təşkilatının bayraqlarını qaldırıb. Həmin fəallar dərhal polislər tərəfindən meydandan kənarlaşdırılıb.
Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov "Milli Şura"nın mitinqdə yaşayanan olaylara münasibət bildirərkən söyləyib ki, "Milli Şura"nın mitinqi Azərbaycan xalqının, millətinin, dövlətinin əleyhinə iş aparanların müdafiəsinə hesablanmışdı: "Bəs gəlin görək, mitinqin əsas mahiyyəti nə idi, söhbət nədən gedirdi. Hesab edirəm ki, bu mitinq Avropanın müxtəlif qurumlarının, o cümlədən erməni lobbisinin təhriki və maliyyə dəstəyi ilə keçirilirdi. Məqsədləri də guya Azərbaycanda insan haqlarının pozulması və buna qarşı ölkə cəmiyyətinin etiraz etməsini dünyaya göstərmək idi. Lakin bu mitinqdə Milli Şuranın qarşısına qoyduğunun heç biri alınmadı. Birincisi, burada heç bir elektratdan söhbət gedə bilməz. Çünki "Milli Şura" ölmüş bir təşkilatdır, yenidən mitinq keçirməklə nəyisə sübut etmək olmaz. Digər tərəfdən Azərbaycanda olan siyasi partiyalar, ictimai təşkilatların heç biri bu mitinqə öz dəstəyini göstərmədi. Həmin mitinqdə yalnız Müsavat Partiyası iştirak edirdi ki, onların da hərəsinin əlinə bir şəkil verib aşağıda saxlayırdlar. Beləcə, onlar say artırmaqla məşğul idilər. Bu mitinqi Əli Kərimlinin İsa Qəmbər üzərində özünün qələbəsinin nümayişi kimi qiymətləndirmək olar. Hər kəs şahidi oldu ki, heç orada İsa Qəmbəri və Arif Hacılını tribunaya buraxmadılar. "Milli Şura"nın mitinqi bütün hallarda xaricdən planlaşdırılmış aksiya idi. Təbii ki, Azərbaycanın da qanunları istənilən bir vətəndaşın, təşkilatın sərbəst toplaşmaq azadlığına hörmətlə yanaşmağı tələb edir. Hər bir qurum və partiyanın mitinq keçirmək hüququ var. Hətta, dövlət mitinqlərdə iştirak edən insanların təhlükəsizliyi qorunur. Amma mitinqin təşkilatçıları öz üzərlərinə düşən öhdəliyi yerinə yetirmədilər. Mitinqdə terror təşkilatının bayrağını qaldırdılar. Bu baxımdan da "Milli Şura"nın mitinqində Ermənistanın bayrağı belə qaldırılsaydı, heç də təəccüblənməzdim. Çünki onların müdafiə etdiyi insanların böyük əksəriyyəti erməni lobbisinə, Ermənistanın xüsusi kəşfiyyat orqanlarına xidmət edən şəxslərdir".
Siyavuş Novruzov hesab edir ki, mitinqin təşkilatçıları Bakı şəhər İcra Hakimiyyətinə müracət etdikdə mitinqlə bağlı bütün məsuliyyəti öz üzərinə (orada səsləndirilən şüarlar və s.) götürüblər: "Azərbaycan Respublikasının "Sərbəst toplaşmaq" haqqında qanununda göstərilir ki, etnik, dini, milli çağırışlara, təhqirlərə yol vermək olmaz. Amma onlar həmin mitinqdə "Sərbəst toplaşmaq" haqqında qanunun bütün müddəlarını pozdular. Bununla belə onlar "İraqın Şam İslam Dövləti" (İŞİD) terrorçu təşkilatının bayrağını qaldırdılar. Təbii ki, bu da həmin mitinqdə adam toplamamağın bir vasitəsi idi. Hesab edirəm ki, bu, onların təxribatı idi".
Millət vəkili Aydın Mirzəzadə deyib ki, Milli Şuranın keçirdiyi mitinq Azərbaycan radikal siyasi müxalifətinin iflasının daha bir göstəricisi oldu. O bildirib ki, hər zaman böyük iddialarla çıxış edən, cəmiyyəti idarə etmək arzusunu daim önə çəkən "siyasətçilər" kiçik bir dəstə ilə sadəcə bir tədbir keçirməli oldular: "Yəni, bu tədbiri mitinq adlandırmaq qətiyyən olmazdı. Çıxışlarda şüarlar səsləndirilməsinə, bayraqların qaldırılmasına baxmayaraq, orada cəmi bir neçə yüz insanın toplanması on milyonluq ölkə üçün çox kiçik rəqəmdir. Buradan belə bir təəssürat yaranır ki, onlarla siyasi partiyanın toplayacağı qüvvələr, "Məhsul" stadionunun onda birini dolduracaq qədərdir. Həmçinin Azərbaycan müxalifətçiləri ümumən şəxsi texnologiyanı da mənimsəmədiklərinin fərqindədirlər. "Milli Şura"nın mitinqində nə təşkilatçılıq var idi, nə də bir sistemlilik nəzərə çarpırdı. Orada iştirak etməyən siyasi partiyaların bayraqlarının qaldırılması da, istənilən tədbirdə görünmək arzusundan başqa bir şey deyildi. Bu gün seçkidən-seçkiyə bloka yaradan, seçkilərarası bir-birinə qarşı mübarizə aparan müxalifət nümayəndələrinin orada iştirakı isə "görüntü diplomatiyasından" başqa bir şey deyildi. Ümumilikdə belə aksiyaların keçirilməsi Azərbaycanda radikal müxalifətin gücünü, vətəndaşların onlara inanmadığını, arxasınca getmədiyini və heç bir halda onlara dəstək olmayacağını ortaya qoyur. "Milli Şura"nın keçiridiyi mitinqində AXCP fəalları tərəfindən "İraqın Şam İslam Dövləti" (İŞİD) terrorçu təşkilatının bayraqlarını qaldırılması isə onların çox şübhəli əlaqələrindən xəbər verir".
Millət vəkili Sahib Alıyev sosial şəbəkədəki hesabında yazıb ki, İŞİD-dəkilər nə qədər islamçı sayıla bilərlərsə, bu gün mitinqdə ağzı köpüklənə-köpüklənə demoktariyadan və təmizlikdən dəm vuran Milli Şuradakılar da bir o qədər demokrat, təmiz və millidirlər: "Ermənilər cümə günü mitinq keçirirdilər. Onları ən çox narazı salan odur ki, ölkələri Avrasiya İqtisadi Birliyinə qoşulur, amma Dağlıq Qarabağsız. Bizimkilər (bizimkilərmi?) də bu gün mitinq keçirir. Əsas tələb düşmənlə sıx işbirliyində olan və Azərbaycan qanunvericiliyini pozan QHT-çilərin həbsdən buraxılmalarıdır. Bilirsiniz onlar bu haqda tapşırığı hardan və nə üçün alıblar? Bu həftə Karnegi Fondunun proqram direktoru Tomas de Vall "Amerikanın səsi"ndə Azərbaycana məsləhət verirdi ki, Rusiya və İranın əleyhinə çəkinmədən nə edir-etsin onlardan heç bir təhlükə yoxdur. Əsas təhlükə sən demə ermənilərlə sıx iş birliyi quran və hələ bu azmış kimi üstəlik bir çox saxtakarlıqlara da yol verən QHT təmsilçilərinin həbsdən buraxılmamaları və bir də Dağlıq Qarabağ məsələsində güzəştə getmək istəməməyimizdən doğur. Dünən də bildirdim, Tomas de Vallın bu məsləhəti "Amerikanın səsi"ndə verməsi təsadüfi deyildi. Bu təkcə onun deyil, həm də Amerikanın səsidir. Ən azından Obama Amerikasının. Beləliklə, görün qərbdəki bəlli çevrələr bizə nə deyirlər, deyirlər ki, ermənilərə çalışanları həbsdən buraxın və torpağınızı ələ keçirənlərə də güzəştə gedin. "Azərbaycan bundan çox qazanacaq, amma ola bisin ki, bayrağı Xankəndində dalğalanmasın". Bu, Tomas de Vallın sözləridir. Məkrə fikir verin, artıq bizi açıq mətnlə Dağlıq Qarabağı ermənilərə bağışlamağa səsləyirlər. Və 5-ci kolonun təmsilçiləri də bu gün onların istədikləri birinci məsələni reallaşdırmaq, məqsədilə mitinq keçirirərək ermənilərlə iş birliyi quran saxtakarların həbsdən buraxılmalarını tələb edirlər. Əgər istəkləri baş tutsa, ikinci məsələnin reallaşdırlmasına baş vuracaqlar. Rəsmi Bakıdan tələb edəcəklər ki, qərbdəkilərin könlü xoş olsun deyə ermənilərə güzəştə gedilsin. Bir sözlə, İŞİD-dəkilər nə qədər islamçı sayıla bilərlərsə, bu gün mitinqdə ağzı köpüklənə-köpüklənə demoktariyadan və təmizlikdən dəm vuran milli şuradakılar da bir o qədər demokrat və təmiz və millidirlər. İŞİD atdığı addımlarda nə qədər sərbəstdirsə, onlar da mitiniq keçirmək fikrinə düşməkdə bir o qədər sərbəstdirlər".
Politoloq Ramiz Alıyev isə bildirdi ki, mitinqdə sayı 20-dən çox olan müxalifət təşkilatının iştirak etməsinə baxmayaraq orada az sayda insan iştirak edib: "Xalq arasında heç bir sosial bazası olmayan, xaricə kəşfiyyat xidməti göstərən təşkilatlara heç vaxt inam olmayıb. Səsləndirdikləri şüarları da ki təxribatdan başqa bir şey deyildi. "Siyasi məhbus" adlandırdıqları şəxslər bu mitinq təşkilatçılarının himayədarları ilə maliyyə haqq hesabı edən və onlar arasında vasitəçilik edən şəxslərdir. O ki, qaldı İŞİD-in bayrağının həmin mitinq iştirakçıları tərəfindən qaldırılmasına, Sizi bilmirəm mən təəccüblənmirəm! Ona görə ki, biz, dəfələrlə bildirmişik bu "Milli Şura" adlandırılan vətən xainləri və onları dəstəkləyən digər xaricə kəşfiyyat xidməti göstərən şəxslər lazım gələrsə ən qatı düşmənlərmizlə, cinayətkarlarla əməkdaşlıq edərlər. Amma onlar unutmasınlar ki, nəinki İŞİD-lə əməkdaşlıq etməklə, hətta İŞİD-i yaradıb dünyada artistlik edən dövlətlərlə əməkdaşlıq etsələr də belə arzuları reallaşmayacaq".

Əli