16 Sentyabr 23:38
25 Noyabr 2020 18:28
3 689
Azərbaycan universitetlərinin livanlı məzunlarından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.
Məktubda deyilir:
"Hörmətli cənab Prezident.
Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin məzunu olmuş livanlı həkimlər və mühəndislər adından Sizi və Sizin şəxsinizdə bütün Azərbaycan xalqını torpaqlarınızın Ermənistan işğalından azad edilməsi ilə nəticələnən bu tarixi və böyük Qələbə münasibətilə təbrik edirəm.
Sizin qətiyyətiniz və əzmkarlığınız, rəşadətli ordunuzun qəhrəmanlıqları və Azərbaycan xalqının Qarabağın azad edilməsi istiqamətində səylərinizi yekdilliklə dəstəkləməsi bu böyük Qələbəyə yol açdı.
Biz - Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin livanlı məzunları bu böyük nailiyyət münasibətilə Sizi səmimi-qəlbdən təbrik edir, Allahdan Zati-alinizə və böyük Azərbaycan xalqına davamlı tərəqqi və nailiyyətlər diləyirik".
16 Sentyabr 23:22
658
16 Sentyabr 18:11
784
16 Sentyabr 17:36
1 827
Rəqəmlər, ekspert fikirləri və dövlətin mübarizə mexanizmləri erkən evliliklərlə bağlı hansı mənzərəni ortaya qoyur? - ARAŞDIRMA