İran XİN rəhbəri Bakıda bəyanat verdi Siyasət

İran XİN rəhbəri Bakıda bəyanat verdi

"Qarabağ münaqişəsinin ərazi bütövlüyü çərçivəsində həllini istəyirik"

İran qonşu ölkə olaraq Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini istəyir.
Bu barədə Bakıda jurnalistlərə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.
O bildirib ki, İran münaqişələrin beynəlxalq qanunlar əsasında sülh yolu ilə həllinin tərəfdarıdır:
"Bu region bizim üçün çox mühümdür. Qonşularımızın hamısı bizim üçün əhəmiyyətlidir. Azərbaycan bizim ən əhəmiyyətli qonşumuzdur və bu ölkədə münaqişənin olması İranı incidir. Buna görə də İran münaqişənin həllini istəyir".
Nazir deyib ki, Minsk qrupunun fəaliyyətinin müvəffəqiyyətlə bitməsini istəyirlər: "Biz Qarabağ münaqişəsinin ərazi bütövlüyü çərçivəsində həllini istəyirik, əgər İranın bu məsələdə hər hansı rolu ola bilərsə, biz kömək etməyə hazırıq".