16 Sentyabr 23:38
14 Aprel 2020 13:40
7 637
Türkiyə Futbol Federasiyasının prezidenti Nihat Özdəmir Super Liqanın bərpası məsələsinə münasibət bildirib.
O, koronavirus pandemiyası səbəbindən dayandırılan ölkə çempionatının maydan tez başlamayacağını söyləyib.
Federasiya rəhbəri gələn ay keçiriləcək müzakirələrdən sonra tarixlə bağlı müəyyən fikrə gələcəklərini vurğulayıb: "Səhiyyə naziri, idman naziri və səlahiyyətli qurumların hazırlayacağı raportlar çox önəmlidir. Əlbəttə, UEFA-nın da fikrini soruşacağıq. Mayın ilk həftəsində bütün bunları müzakirə edib, gələn ay Super Liqanı bərpa edib-etməyəcəyimizə qərar verəcəyik".
Qeyd edək ki, Türkiyə Superliqası 26 turdan sonra dayandırılıb.
16 Sentyabr 14:33
840
16 Sentyabr 13:45
889
16 Sentyabr 10:48
945
Rəqəmlər, ekspert fikirləri və dövlətin mübarizə mexanizmləri erkən evliliklərlə bağlı hansı mənzərəni ortaya qoyur? - ARAŞDIRMA