Britaniya İrana qarşı bəhanə axtarır – Zərif Dünya

Britaniya İrana qarşı bəhanə axtarır – Zərif

Britaniya SEPAH-a ittihamlar səsləndirərək, İranla münasibətləri gərginləşdirmək istəyir.
Bunu İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif deyib.
“Britaniyanın İrana qarşı ittihamları əsassızdır. Onlar belə bəyanatları münasibətləri gərginləşdirmək üçün verirlər”, – deyə o bildirib.
Qeyd edək ki, bundan öncə Britaniya İran hərbi gəmilərinin onun neft tankerini ələ keçirmək istəməsi haqqında məlumat yayıb.
SEPAH bu ittihamları rədd edib.