
Venesuela ABŞ-ı balıqçı gəmisini ələ keçirməkdə ittiham edib
13 Sentyabr 22:59
13 Sentyabr 22:59
13 Sentyabr 22:00
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
Məhkəmə Robert Köçəryanı girov müqabilində sərbəst buraxmaqdan imtina edib. Ermənistana məxsus rusarmino.ru saytında yayımlanan məlumata görə, Anna Danibekyanın sədrliyi ilə İrəvanın ümumi yurisdiksiya məhkəməsi tərəfindən, Ermənistanın ikinci prezidenti Robert Köçəryanın girov müqabilində sərbəst buraxılması ilə bağlı vəsatəti rədd edilib.
Məlumatda qeyd olunur ki, Koçaryanın vəkillər komandası bu məsələni məhkəmənin ixtiyarına buraxaraq əmanətin məbləğini göstərməmişdilər.
Xatırladaq ki, keçmiş prezident Köçəryan 1 mart 2008-ci ildə 10 nəfərin öldüyü və 230 nəfərin yaralandığı iğtişaş hadisəsində Ermənistanda konstitusiya quruluşunu devirməkdə ittiham edilib. O, başqa bir cinayət işində xüsusilə külli miqdarda rüşvət almaqda da ittiham olunur.
Köçəryan özü ittihamların uydurma siyasi təqib olduğunu düşünür.
Hadisələrin gedişindən məlumdur ki, 2018-ci ildə eks-prezident iki dəfə həbs edilib. Bu ilin may ayında Dağlıq Qarabağın qondarma rəhbərlərinin zəmanəti ilə sərbəst buraxılsa da, bu il iyunun 25-də Koçaryan üçüncü dəfə həbs olunub.
Göründüyü kimi, Koçaryanın dəfələrlə azadlığa buraxılması, hətta şərti azadlığının belə təmin olunması Ermənistanın yeni hakimiyyəti tərəfindən əngəllənib. Sonuncu dəfə girov müqabilində belə sərbəstburaxılmasının qarşısı ermənilərin yeni hakimiyyəti tərəfindən kobudcasına alınıb. Bütün bunlar təsdiq edir ki, Koçaryanın özünün dediyi kimi həqiqətən də siyasi təqiblər davam edir və Nikol Paşinyan və onun komandası siyasi həbslərdən əl çəkmək niyyətində deyil.