Tansu Çillər Ərdoğanın kampaniyasına qoşuldu - 100 min lirə Dünya

Tansu Çillər Ərdoğanın kampaniyasına qoşuldu - 100 min lirə

Türkiyənin sabiq baş naziri Tansu Çillər Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən koronavirusla mübarizə ilə əlaqədar başladılan yardım kampaniyasına qoşulub.
Xanım siyasətçi "Biz bizə yetərik Türkiyəm" kampaniyası çərçivəsində 100 min lirə ianə edib.
Tansu Çillər sosial mediadakı paylaşımında hər böhranda olduğu kimi birlik və həmrəylik içində hərəkət etməklə türk millətinin koronavirus pandemiyasından da üzüağ çıxacağına inandığını qeyd edib.