İranda koronavirusla bağlı ayrılmış reanimasiya çarpayılarının hamısı dolub Dünya

İranda koronavirusla bağlı ayrılmış reanimasiya çarpayılarının hamısı dolub

“İranda koronavirusla (COVID-19) bağlı ayrılmış 4 min reanimasiya çarpayısının hamısı doludur”.
Bunu APA-nın Tehran bürosuna İranın səhiyyə nazirini müavini Qasim Can Babayi deyib.
Nazir müavini bildirib ki, koronavirus xəstələri üçün nəzərdə tutulan xəstəxanalarda müalicə alanların sayı azalıb, hazırda bu xəstəxanalardakı çarpayıların 50 faizi boşdur: “Lakin reanimasiya şöbəsində çarpayı çatışmazlığı yaranıb. Bu növ xəstələr üçün ayrılmış 4 min çarpayının hamısı dolub”
O qeyd edib ki, xəstələrdən sağalanların sayında artım müşahidə edilir: “Epidemiyanın yayılmasının qarşısını almaq istiqamətində tədbirlər görürük, lakin bunun üçün vaxta ehtiyac var”.
O qeyd edib ki, reanimasiya çarpayılarının sayının 6 minədək artırılması nəzərdə tutulub.