16 Sentyabr 23:38
23 Aprel 2020 14:25
2 149
“İran hərbçiləri ölkənin təhlükəsizliyini təhdid edən ABŞ gəmilərini vuracaq”.
Bunu İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı Hüseyn Salami deyib.
O bildirib ki, cavab gecikməyəcək. H. Salaminin sözlərinə görə, amerikalılar bir neçə dəfə bunun şahidi olublar.
“ABŞ hərbi gəmiləri bizim hərbi və mülki gəmilərimizə təhlükə yaradacağı təqdirdə, dəniz qüvvələrinə onlara zərbə endirmək əmri vermişik”, – deyə SEPAH-ın komandanı vurğulayıb.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp ABŞ gəmilərinə təhlükə yaradacaq İran silahlı gəmilərinin məhv edilməsi barədə hərbi dəniz qüvvələrinə təlimat verdiyini bildirib.
16 Sentyabr 23:50
749
16 Sentyabr 23:50
665
16 Sentyabr 23:09
700
Rəqəmlər, ekspert fikirləri və dövlətin mübarizə mexanizmləri erkən evliliklərlə bağlı hansı mənzərəni ortaya qoyur? - ARAŞDIRMA