“HƏMAS-a dəstək regionda gərginliyi artırır”
19 Dekabr 22:46
19 Dekabr 22:46
19 Dekabr 22:24
19 Dekabr 22:18
19 Dekabr 14:16
25 Sentyabr 2020 09:43
1 841
“Mart ayında 90 ölkə üzrə eyni vaxtda “Panqea” adı altınta keçirilən xüsusi əməliyyat zamanı internetdə saxta tibbi məhsulların satışı ilə məşğul olan 120-dən çox şəxs nəzarətə alınıb”.
Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin İnterpol Milli Mərkəz Bürosunun rəhbəri, polis general-mayoru Aleksandr Prokopçuk TASS-a verdiyi müsahibədə bildirib.
A.Prokopçuk qeyd edib ki, əməliyyat nəticəsində 14 milyon dollarlıq antiviral dərmanlar və tibbi maskalar daxil olmaqla, digər saxta tibbi məhsullar ələ keçirilib: “Əməliyyat ÜST-nin koronavirusu pandemiya elan etdiyi bir vaxta təsadüf etdiyindən xüsusi əhəmiyyət kəsb edir”.
Polis generalı əlavə edib ki, təkcə Rusiyada sosial şəbəkələrdə 4 mindən çox şübhəli sayt və səhifə yoxlanılıb, narkotik və tibbi cihazların qanunsuz satışı ilə məşğul olan 2 mindən çox sayt aşkarlanıb: “Bununla bağlı 87 cinayət işi, 1100-dən çox inzibati yoxlama başlanılıb. Qanunsuz fəaliyyətə görə 34 nəfər saxlanılıb”.
11:27
966
19 Dekabr 21:34
1 323
19 Dekabr 21:32
1 393