Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 3,1% artıb Hadisə
2022-ci ilin yanvar-mart aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 11,0 milyard manatlıq, o cümlədən 6,2 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 4,8 milyard manatlıq qeyri-ərzaq malları satılmışdır.
Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, 2021-ci ilin yanvar-mart ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,1 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,6 faiz, qeyri-ərzaq malları üzrə 3,7 faiz artmışdır.
Hesabat dövründə əmtəə bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunmuşdur:
Məhsul qruplarının adları |
Satışdan gəlir, milyon manatla |
2021-ci ilin yanvar- mart aylarına nisbətən, faizlə |
Pərakəndə ticarət dövriyyəsi |
10 998,4 |
103,1 |
o cümlədən: |
||
ərzaq məhsulları |
5 608,8 |
102,9 |
içkilər və tütün məmulatları |
603,5 |
100,5 |
toxuculuq məhsulları, geyim və ayaqqabılar |
1 665,8 |
100,3 |
elektrik malları və mebellər |
519,5 |
100,6 |
kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları |
125,6 |
185,7 |
əczaçılıq məhsulları və tibbi ləvazimatlar |
264,7 |
121,2 |
avtomobil benzini və dizel yanacağı |
572,8 |
111,4 |
digər qeyri-ərzaq malları |
1 637,7 |
99,7 |
2022-ci ilin yanvar-mart aylarında alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 51,0 faizi ərzaq məhsullarının, 5,5 faizi içkilər və tütün məmulatlarının, 15,2 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,2 faizi avtomobil benzini və dizel yanacağının, 4,7 faizi elektrik malları və mebellərin, 2,4 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,1 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 14,9 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunmuşdur.
Hesabat dövründə qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların dəyəri əvvəlki ilin eyni dövrü ilə müqayisədə real ifadədə 3,2 faiz artaraq ümumi pərakəndə ticarət dövriyyəsinin 99,8 faizini təşkil etmişdir.
2021-ci ilin yanvar-mart ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 13,3 faiz, bazar və yarmarkalarda 1,1 faiz artmış, fərdi sahibkarlar üzrə isə 1,3 faiz azalmışdır.
Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 365,1 manatlıq, o cümlədən 206,2 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 158,9 manatlıq qeyri-ərzaq malları almışdır.