“Türkiyənin F-35-ə qayıdışı strateji balans tələb edir”
13 Dekabr 20:31
13 Dekabr 20:31
13 Dekabr 20:29
12 Dekabr 15:40
27 May 2022 15:02
2 317
Ağdam Hərbi Prokurorluğu Daxili Qoşunların əsgərinin minaya düşməsi ilə bağlı araşdırmalara başlayıb.
Hərbi Prokurorluğun mətbuat xidmətindən Trend-ə bildiriblər ki, mayın 27-də Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçusu, əsgər Ömərov Seyidağa Mirzağa oğlunun həmin gün Ağdam rayonu ərazisində mina partlayışı nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alması barədə Ağdam hərbi prokurorluğuna məlumat daxil olub.
Daxil olmuş məlumat əsasında Ağdam hərbi prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, izahatlar alınıb, müvafiq ekspertizalar təyin olunub və digər zəruri hərəkətlər yerinə yetirilib.
Hazırda Ağdam hərbi prokurorluğunda araşdırma davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən fakta hüquqi qiymət verilməsi təmin ediləcək.
13 Dekabr 20:25
1 386
13 Dekabr 17:19
1 162
13 Dekabr 15:17
1 337