
“Zəngilan qürurun, zəfərin və dirçəlişin şəhəri kimi tarixə düşüb”
20 Oktyabr 18:56
20 Oktyabr 18:56
20 Oktyabr 17:25
20 Oktyabr 17:08
İsrailin kəşfiyyat PUA-ları Livanın prezident sarayının üzərində dövrə vurub
Britaniya hərbçiləri hərbi obyektlər üzərindəki PUA-ları vura biləcəklər
ABŞ Senatı hökumətin maliyyələşdirməsi ilə bağlı qanun layihəsini yenidən rədd edib
Bessent: ABŞ G7-dən Rusiyaya təzyiqin artırılmasını gözləyir
KİV: Ağ Ev Netanyahunun Qəzza sülh razılaşmasını pozacağından qorxur
Bakı Dövlət Universiteti (BDU) adıçəkilən təhsil müəssisəsində bəzi professor və müəllim heyətinin müəllim heyətinin əmək müqaviləsinə xitam verilməsi ilə bağlı yayılan məsələyə münasibət bildirib.
Universitetin mətbuat xidmətinin rəhbəri Kəmalə Quliyev Trend-ə açıqlamasında bildirib ki, professor-müəllim vəzifəsi seçkili vəzifə olduğu üçün qanunvericiliyə uyğun olaraq kafedralar üzrə müvafiq fənlərin tədris edilməsi üçün yüksək ixtisaslı mütəxəssisləri, yüksək elmi nüfuza malik rəhbər işçiləri işə cəlb etmək zərurəti yarandığı zaman onlar əvəzçilik qaydasında və ya saathesabı qaydada tədris prosesinə cəlb edilir.
"Bu müqavilələr də təbii ki, müddətli müqavilə olduğu üçün tədris ilinin sonunda onlara qanunvericiliyə uyğun olaraq xitam verilir və növbəti tədris ilində yenidən zərurət yarandıqda yeni müqavilə bağlanır. Bu qayda da uzun illərdir bütün ali təhsil müəssisələrində davamlı şəkildə tətbiq edilən bir prosedurdur",-K. Quliyeva bildirib.
Qeyd edək ki, yerli KİV-də BDU-da çalışan bir sıra tanınmış vəzifə sahiblərinin və deputatların işdən uzaqlaşdırılması ilə bağlı məlumatlar yayılmışdı. Məlumatlara əsasən, BDU-dan uzaqlaşdırılan şəxslər arasında sabiq təhsil naziri Misir Mərdanov, Dövlət Miqrasiya Xidmətinin idarə rəisi general Rza Talıbov, Baş nazirin müavini Əli Əhmədov, Milli Məclisin deputatları Hicran Hüseynova, Rəfael Hüseynov, Ziyafət Əsgərov, Bəhruz Məhərrəmov, AMEA-nın Tarix İnstitutunun direktoru Yaqub Mahmudov və digərlərinin adı var.