FHN 27 sentyabr - Anım Günü ilə bağlı videoçarx hazırlayıb Hadisə

FHN 27 sentyabr - Anım Günü ilə bağlı videoçarx hazırlayıb

Fövqəladə Hallar Nazirliyi (FHN) 27 sentyabr - Anım Günü ilə bağlı videoçarx hazırlayıb.

Bu barədə Trend-ə FHN-dən məlumat verilib.

"Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimiz heç zaman unudulmayacaq!

Bu gün Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan tarixinin ən şanlı səhifələri qızıl hərflərlə yazılır. Çoxəsrlik dövlətçilik tariximizin şərəf və mübarizlik rəmzinə çevrilən İkinci Qarabağ müharibəsində Ermənistan üzərində qazanılmış parlaq Qələbə 2020-ci ilin hüdudlarına sığmayacaq bir tarixi hadisəyə çevrilib. Rəşadətli Azərbaycan Ordusu şəhidlərimizin qisasını döyüş meydanında alaraq düşmənin işğal altında saxladığı əzəli torpaqlarımızı azad etdi, ölkəmizin ərazi bütövlüyünü bərpa etdi.

Müqəddəs vəzifənin öhdəsindən şərəflə gələn, Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi daim uca tutulur, ruhlarına böyük ehtiram göstərilir. Azərbaycan xalqı Vətənin mübariz və qəhrəman övladları ilə fəxr edir. Xalqımız heç zaman öz qəhrəmanlarını unutmayacaq!

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Qarabağ Azərbaycandır!", - deyə məlumatda qeyd olunub.