“Avropa İran cəbhəsinə girmir”
19 Mart 23:01
19 Mart 23:01
19 Mart 22:25
19 Mart 21:47
19 Mart 21:43
29 Sentyabr 2022 16:08
3 136
Bakı Ağır Cinayətlər Məhkəməsində qadınları Türkiyəyə apararaq onları cinsi istismara məruz qoyan Elnarə Zamanovanın barəsində olan cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Trend-in məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə E.Zamanova 8 il 6 ay azadlıqdan məhrum edilib və o, məhkəmə zalından həbs olunub.
İttihama görə, E.Zamanova Bakıda müxtəlif ünvanlarda yaşayan iki qadına - 1987-ci il təvəllüdlü L.Q. və 1988-ci il təvəllüdlü E.K.ya xaricdə işə düzəltmək vədi verib. Bu məqsədlə onlardan birini 2013-cü ildə, digərini isə 2016-2017-ci illərdə Türkiyənin Kırşehir şəhərinə və Dubaya aparıb. Burada isə onları aldadaraq kişilərlə cinsi əlaqəyə cəlb edib.
Onun barəsində Cinayət Məcəlləsinin 144-1.2.1-ci (insan alveri, iki və ya daha çox şəxs barəsində törədildikdə) maddəsilə ittiham elan olunub.
10:27
378
20 Mart 09:46
1 435
19 Mart 17:13
1 729