16 Sentyabr 23:38
30 Sentyabr 2022 21:19
3 584
Nazirlər Kabinetinin bir neçə qərarında dəyişiklik edilib.
Nazirlər Kabinetinin 377 №-li Qərarına dair izaha əsasən, 2022-ci il 13 may tarixli 527-VIQD nömrəli Qanunla “Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında” Azərbaycan Respublikasının Qanununa “Şuşa şəhərinin adından istifadə edilməsi” adlı 3-1-ci maddə əlavə edilmişdir.
Həmin dəyişikliyə əsasən, Azərbaycan Respublikasının qanunları ilə və ölkə Prezidenti tərəfindən müəyyən edilən hallar istisna olmaqla:
- hüquqi şəxslərin, o cümlədən media subyektlərinin adlarında,
- mükafatların və təltiflərin adlarında,
- yerli, ölkə və ya beynəlxalq səviyyəli tədbirlərin, o cümlədən idman və digər yarışların, konsertlərin, festivalların, sərgilərin, konfransların, seminarların adlarında,
- kommersiya və reklam məqsədilə,
- əmtəə nişanlarında və coğrafi göstəricilərdə “Şuşa” sözündən (“Şuşa” sözü olan söz birləşməsindən) istifadəyə yalnız Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin razılığı ilə yol verilir.
Qeyd edilən dəyişikliyi nəzərə alaraq Nazirlər Kabinetinin müvafiq qərarlarında dəyişiklik edilərək uyğunlaşdırma zərurəti yaranmışdır.
16 Sentyabr 22:27
686
16 Sentyabr 22:00
665
16 Sentyabr 17:05
728
Rəqəmlər, ekspert fikirləri və dövlətin mübarizə mexanizmləri erkən evliliklərlə bağlı hansı mənzərəni ortaya qoyur? - ARAŞDIRMA