QHT Dövlət Dəstəyi Agentliyinin dəstəklədiyi layihə yekunlaşıb Hadisə

QHT Dövlət Dəstəyi Agentliyinin dəstəklədiyi layihə yekunlaşıb

"Təşkilatımız dekabr ayının 1-də Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəklədiyi "İnfeksion xəstəliklərlə mübarizə ilə bağlı maarifləndirmə tədbirlərinin təşkili ” layihəsini yekunlaşdırdı. 3 ay ərzində keçirilən layihədə, Bakı şəhərinin rayonlarında, Sumqayıt şəhərində və Abşeron rayonunda layihənin icrasını həyata keçirmişik. 6 tədbir keçirdik".

Aktual.az xəbər verir ki, bu açıqlamanı ölkə mətbuatına BAXCP sədrinin müavini, QHT sədri, AXC TV-nin baş redaktoru Niyaməddin Orduxanlı bildirib:

"Layihəmizin adından göründüyü kimi, "İnfeksion xəstəliklərlə mübarizə ilə bağlı maarifləndirmə tədbirlərinin təşkili idi. Xüsusən gənclərin narkotikdən uzaq olmasının təşkilində maarifləndirməni təşkil etmək idi. Layihə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin ƏTRAF MÜHİTİN VƏ ƏHALİNİN SAĞLAMLIĞININ QORUNMASI, NARKOMANİYA İLƏ MÜBARİZƏ MƏSƏLƏLƏRİ istiqamətində dəstəklədiyi icra planına uyğun keçildi. 6 rayonda görüşlər keçirdik. Onlarla gənci və digər şəxsləri həmin görüşlərimizdə iştiraka cəlb edə bildik. Yüzlərlə şəxsə təşkilatımızın hazıqladığı bukleti təqdim etdik. Suraxanı rayonunda keçirilən tədbirimizdə narkotiklə bağlı hazırlanmış video çarx da nümayiş etdirdik. Layihənin iki istiqaməti var idi, həm koronavirusla mübarizə, həm də bəşəriyyət üçün bəlaya çevrilən narkomaniya ilə mübarizə idi. Təşkilatımızın işi əhalinin sağlamlığının qorunması istiqamətində, xüsusən gənc nəsilin qorunması istiqamətində aparılan maarifləndirmə işinin təşkilidir. Gənclərin həyatını məhv edən, narkomaniya ilə mübarizənin təşkilini həyata keçirilməsi əsas proritet istiqamətdir. Biz vətəndaş cəmiyyəti olaraq layihənin verdiyi imkanlardan maksimum çalışırır ki, gələcək nəslimizi narkotikdən və pis vərdişlərdən qoruyaq. Genefondumuzu qorumalıyıq. Hələ də insanlar üçün ciddi təhlküə olan Covid-19 infeksiyasından qorunmaq lazımdır. Bütün imkanlarla çalışmalıyıq ki, vaksinləşmənin həyata keçrilməsini təşkil edək. Cənab Prezident İlham Əliyevin həm narkotiklə mübarizəni, həm də pandemiya ilə mübarizəni özünün nəzarətində saxlmasından qeyd etdik və bunun nəticəsidir ki, pandemiya dövründə virusa yoluxan insanın cəmi 1% dünyasını dəyişib. Yüz minlərlə insanın həyatı xilas olub. Gənc nəslin narkomaniyadan qorumaq üçün bütün imkanlarımızı səfərbər etməliyik. Hər birimizin üzərinə böyük məsuliyyət düşür. Həqiqətən də bu gün QHT Dövlət Agentlyinin bütün rəhbərliyinə təşəkkür edirəm ki, önəmli bir sahəyə, xüsusən cəmiyyətimizin maariflənməsi üçün ehtiyac olan infeksion xəstəliklərlə mübarizəyə dəstəyini nümayiş etdirib. 3 ayı ərzində keçirdiyimiz layihə bağlı QHT Agentliyinə hesabatlarımızı təqdim edəcəyik. Layihə ilə bağlı mətbuatda və sosial şəbəkədə geniş məlumatlar yaymışıq. Onlarla media orqanında keçirdiyimiz tədbirlər işıqlandırılıb...”.