“HƏMAS-a dəstək regionda gərginliyi artırır”
19 Dekabr 22:46
19 Dekabr 22:46
19 Dekabr 22:24
19 Dekabr 22:18
19 Dekabr 14:16
2 İyun 2023 09:42
2 051
Faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, iyunun 2-si saat 09:00-a olan məlumatına əsasən iyunun 1-də gün ərzində yağan yağış gecəyə doğru tədricən kəsilib.
Hazırda ölkə ərazisində hava şəraiti sabit, əsasən yağmursuzdur. Cənub-şərq küləyi əsir. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 20-23, Aran rayonlarında 24-26 dərəcə isti qeydə alınıb.
Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, iyunun 2-də günün birinci yarısında ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçsə də, lakin günün ikinci yarısından başlayaraq bəzi yerlərdə yağış yağacağı gözlənilir.
“Əsasən Qazax-Gəncə, Balakən-Şəki, Quba-Xaçmaz, Lənkəran-Astara zonasında yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gözlənilən yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı istisna olunmur”.
G.Məmmədovanın sözlərinə görə, ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti iyunun 3-ü gündüzədək davam edəcək.
19 Dekabr 20:27
1 463
19 Dekabr 19:54
1 456
19 Dekabr 19:09
1 470