

16 Fevral 17:59
16 Fevral 17:20
15 Fevral 22:03
II Qarabağ müharibəsi dövründə TƏBİB psixoloji yardım könüllü qrupunun psixoloq və psixiatr heyəti Gəncə və Şirvan şəhərləri, Ağcabədi, Bərdə, Beyləqan, Biləsuvar, Füzuli, Göygöl, İsmayıllı, Kürdəmir, Göyçay, Qəbələ, Neftçala, Saatlı, Salyan, Ucar, Zərdab rayon xəstəxanalarında 3 316 hərbçi üçün ilkin psixoloji yardım göstərib, 1 385 hərbçi üçün psixiatrik müayinə aparıb.
APA xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin İcraçı direktoru Vüqar Qurbanov Dünyadakı Azərbaycanlı Təbiblərin Simpoziumunda deyib.
O bildirib ki, Gəncə şəhəri, Bərdə və Tovuz regionları üzrə 610 nəfər terrordan əziyyət çəkən əhaliyə bilavasitə ilkin psixoloji yardım, 143 nəfərə isə onlayn psixoloji yardım göstərilib.
"Regionlarda Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə iştirak edən hərbçilər və şəhid ailələri üçün psixoloji dəstək mərkəzləri yaradılıb. TƏBİB işğaldan azad olunmuş ərazilərimizdə, Qarabağımızda digər həyati vacib sahələr kimi tibb xidmətlərin təşkilini təmin edir. Şuşa modul tipli xəstəxana, Zəngilanın Ağalı kəndində, Cəbrayıl, Laçın, Hadrutda ailə sağlamlıq mərkəzində tibbi xidmət yüksək səviyyədə qurulub və hər birində vətəndaşlara icbari tibbi sığorta çərçivəsində xidmət göstərilir.
Bütün bu görülən işləri əbəs yerə misal çəkmədim. Çünki bu gün tibb sahəsində dünyada gedən sürətli inkişafla ayaqlaşmaq üçün yüksək rəqabətli insan kapitalının formalaşdırılması prioritet olmalıdır. Cənab prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Biz “qara qızılı” insan kapitalına çevirməliyik!” Bu baxımdan TƏBİB insan kapitalının mütəmadi inkişaf etdirilməsinə və yüksək hazırlığa malik kadr potensialının formalaşdırılmasına böyük diqqət yetirir. Yüksək keyfiyyətli tibbi xidmətlərin təşkili ilk növbədə peşəkar mütəxəssislərin səmərəli fəaliyyəti ilə bağlıdır" - deyə o qeyd edib.