
“Bu, Azərbaycanın artan beynəlxalq nüfuzunu bir daha təsdiqlədi”
18 Oktyabr 20:32
18 Oktyabr 20:32
18 Oktyabr 12:10
17 Oktyabr 18:26
17 Oktyabr 16:55
Qarsda Türk Dünyasının Elmi Birliyini Gücləndirən Beynəlxalq Simpozium Keçirilib
Qəzzanın cənubunda yenidən toqquşmalar başlayıb, Netanyahu Orduya əmr verib - YENİLƏNİB-4
Ukrayna Ordusu Rusiyada neft və qaz emalı zavodlarına zərbə endirib
Oktyabrın 22-dək fasilələrlə yağış yağacaq, leysan olacaq, dolu düşəcək
Müdafiə Nazirliyinin mənimsəmədə ittiham olunan Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə idarəsinin rəisi Bayram Bayramov və həmin idarənin zabiti Vüsal Əlizadənin Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Trend xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin hakimi Fikrət Əliyevin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
İclasda zərərçəkmiş tərəf kimi tanınan Maliyyə Nazirliyinin nümayəndəsi iştirak etməyib. Təqsirləndirilən şəxslər və onların vəkilləri zərərçəkmiş tərəfin nümayəndəsinin iştirakına etiraz etməyib.
Təqsirləndirilən şəxslərdən C.Kazımovun vəkili vəsatətlə çıxış edərək 423 min manat mənimsənilmə ilə bağlı ittihamın əsassız olduğunu irəli sürüb.
Prokuror C.Kazımovun vəkilin vəsatətinin sübutların araşdırılması mərhələsi ilə bağlı olduğunu əsaslandıraraq vəsatətin baxılmamış saxlanılmasını istəyib.
Daha sonra cinayət işi üzrə ittiham aktı elan olunub.
İttiham aktında qeyd olunub ki, təqsirləndirilən şəxslər ümumilikdə 143 milyon manat dövlət vəsaitini mənimsəməkdı ittiham olunurlar.
Təqsirləndirilən şəxslər ittiham aktı üzrə özlərini qismən təqsirli biliblər.
Daha sonra təqsirləndirilən Vüsal Əlizadənin vəkili vəsaitətlə çıxış edərək təqsirləndirilən şəxslərin dinirlmə mərhələsinin qapalı keçirilməsini bildirib.
Məhkəmə vəkilin vəsatətini təmin edib, cinayət işi üzrə məlumatların məxfiliyi nəzərə alınaraq növbəti məhkəmə iclasının qapalı keçiriləcəyi bildirilib.
Növbəti məhkəmə iclası sentyabrın 29-na təyin olunub.
Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətində başlamış silsilə araşdırmalar üzrə Müdafiə Nazirliyinin maliyyə strukturlarında mənimsəmə faktları müəyyən edilib, yüksək vəzifəli maliyyə xidmət rəisləri ilə yanaşı, Müdafiə Nazirliyinin Maliyyə İdarəsinin rəisi general-mayor Nizami Məmmədov da xüsusilə külli miqdarda mənimsəmə cinayətlərində ittiham edilərək həbs edilib.