Azərbaycanın silah satınalmaları Ermənistandan 20 dəfə çox olub Hadisə

Azərbaycanın silah satınalmaları Ermənistandan 20 dəfə çox olub

Stokholm Beynəlxalq Sülh Tədqqiqatları Təşkilatı (SIPRI) dünya silah ticarəti ilə bağlı yeni hesabat təqdim edib.
Erməni hərbi rəsmilərinin Ermənistan ordusunun məğlubedilməzliyi və Rusiyadan iri həcmdə silah tədarükü barədə çıxışlarına baxmayaraq məlum olub ki, Azərbaycanla Ermənistanın hərbi sahədə idxalat həcmləri böyük fərq təşkil edir. Hesabata əsasən, 2012-2016-cı illərdə Azərbaycanın silah satınalmaları Ermənistandan 20 dəfə çox olub.
Bundan başqa qeyd olunub ki, Ermənistan tərəfindən yeni silah-sursatın alınması ilə bağlı söhbətlər uydurma xarakteri daşıyır və yalnız 2016-cı ildə Dağlıq Qarabağda təmas xəttində erməni hərbçilərinin müvəffəqiyyətsizliyə uğramasını ört-basdır etmək üçün ortaya atılıb.