16 Sentyabr 23:38
19 Aprel 2025 18:32
3 185
Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.
Xalqcebhesi.az xəbər verir ki, daxil olan məlumat əsasında Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində 25 yaşlı Kübra Ağamirzəyeva və 29 yaşlı Natiq Adıgözəlov narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdikləri üçün saxlanılıblar.
Onlardan psixotrop maddə metamfetamin və narkotik vasitə heroin götürülüb. K.Ağamirzəyevanın yaşadığı evə baxış zamanı isə əlavə olaraq dörd kiloqrama yaxın heroin və metamfetamin də aşkarlanıb.
Bu şəxslər ifadələrində narkotikləri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə əldə etdiklərini və ayrı-ayrı ünvanlara çatdıraraq maddi qazanc əldə etmək niyyətində olduqlarını bildiriblər.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
09:09
105
16 Sentyabr 22:27
742
16 Sentyabr 22:00
721
Rəqəmlər, ekspert fikirləri və dövlətin mübarizə mexanizmləri erkən evliliklərlə bağlı hansı mənzərəni ortaya qoyur? - ARAŞDIRMA