“Əlilliyin təminatında nəzarətin gücləndirilməsinə ehtiyac var” Hadisə

“Əlilliyin təminatında nəzarətin gücləndirilməsinə ehtiyac var”

"Sosial sahənin inkişafı Prezident İlham Əliyevin daim diqqətində olan məsələrdir. Təhsil, səhiyyə, elm sahəsinin inkişafı, əmək məşğulluq, sosial təminat məsələlərində xidmətlərin elektornalaşması ilə bağlı dövlət başçısı tərəfindəın tapşrıq verilib və zəruri maliyyə ayrılıb".
Bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov parlamentdə komitələrin birgə iclasında büdcə müzakirələri zamanı deyib. Vüqar Gülməmmədov qeyd edib ki, növbəti ilin büdcə layihəsində sosial sahəyə xüsusi diqqət ayrılıb.
"Belə ki, büdcədən bu sahəyə 6.4 milyard manat nərzərdu tutulub ki, bu da 2018-ci illə müqayisədə 14 faiz çoxdur. Bu sahəyə ayrılan vəsait sayəsində 41 sosial layihənin təhvil verilməsi nəzərdə tutulub".
Palata sədri qeyd edib ki, 2019-cu ilin büdcəsindən təhsil xərclərinə 2.3 milyard manat vəsait nəzərdə tutulub ki, bu da ÜDM-nin 2.8 faizini təşkil edir.
"2019-u ilin büdcə layihəsində sosial müdafiə, sosial təminat sahəsində 2.6 milyard manat vəsait nəzərdə tutulub".
Vüqar Gülməmmədov qeyd edib ki, əvvəlki illərdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Hesablama Palatası tərəfindən aparılan nəzarət tədbirləri zamanı məcburi köçkünlərə vahid aylıq müavinətin ödənilməsi ilə bağlı elektron informasiya sistemləri tam yaradılmamışdı:
"Bəzi hallarda müavinətlərin ünvanlılığının təmin edilməməsi kommunal xidmətlər üzrə limitlərə riayət olunmaması, kommunal xidmətlər üzrə məcburi köçkünlərin adlı siyahılarının yerlərdə tərtib edilməsi və dəqiqləşdirilməsində zəruri nəzarətin təmin edilməməsi kimi hallar aşkarlanırdı. Eyni zamanda qeyd edilməlidir ki, dövlət komitəsindən müavinət alan şəxslərin adlı siyahılarının dəqiqləşdirilməsi zamanı müavinət almaq hüququ olmayan və təkrarlanan şəxslərin adlarının siyahıdan çıxarılması nəticəsində müavinət alan məcburi köçkünlərin sayında dəqiqləşmələr təmin olunub. Bu isə özünü 2019-cu ilin büdcə layihəsində göstərir. Vəsaitlərin üvanlılığının təmin edilməsi səbəbindən 2019-cu ildə kommunal xidmətlərin ödənilməsi ilə bağlı xərclər 10 faiz az nəzərdə tutulub. Amma bu, müavinətlərin ödənilməsində ünvanlılığı təmin edəcək. Müavinətin ödənilməsi ilə bağlı xərclərin artım tempi isə həmin müavinətlərin məbləğinin artım tempinə uyğun şəkildə proqnozlaşdırılıb".
Palata sədri bildirib ki, dövlət aktiv sosial müdafiə tədbirlərinin genişləndirilməsinə xüsusi diqqət göstərilir.
"Hesablama Palatasının yardımların təyin edilməsi və ödənilməsi ilə bağlı apardığı nəzarət tədbirləri nəticəsində ünvanlı yardımın ailənin məişət şəraitinin müayinəsinin qanunvericiliklə müəyyən edilməsinə baxmayaraq, həyata keçirilmədiyi, yalnız müraciət edən şəxslərin məlumatları əsasənda avtomatlaşdırılmış sistem tərəfindən təyinat aparıldığı, ailənin istifadəsində olan əmlak və ailənin gəlirləri, tərkibində dəyişikliklər haqqında düzgün olmayan məlumatarın qəbul edilməsi halları kimi nöqsanlar aşkarlayıb.
Bu tədbirlərin nəticəsi ilə bağlı müvafiq nazirliyə məlumatlar göndərilib. Ünanlılığın təmin edilməsi ilə bağlı aparılan tədbirlər nəticəsində cari ilin 9 ayında ünvanlı sosial yardım təyin edilən ailələrin sayı əvvəlki illə müqayisədə 37.1 faiz azalıb.
Bu çox ciddi rəqəmdir. Növbəti il üçün ünvanlı yardımın verilməsinə görə, ehtiyac meyarının 10 faiz artırılaraq 143 manat məbləğində proqnozlaşdırılması fonunda tələb olunan vəsaitdən 17 faiz az nəzərdə tutulması ünvanmlı yardımın ünvanlılılıq prisnipinin təmin edilməsi istiqamətində bu tədbirlərin nəticəsi kimi qiymətləndirilməlidir.
Lakin bununla yanaşı, Hesablama Palatası ünvanlı yardımın təyin edilməsi ilə bağlı dünya təcrübəsinə əsaslanaraq, sistemdən kənarda qalan vətəndaşların da müraciətlərinin olacağını qeyd etmək istəyir. Sosial müdafiə xərcləri ilə aparılan tədbirlərə əsaslanaraq, I qrup əlillərin sayında artım templərini xüsusilə vurğulamaq istəyirəm. Belə ki, qeyd olunan kontingentin sayı 1 yanvar 2018-ci illə müqayisədə 8.1 faiz artıb. Təkcə cari ildə yarım illik artım 9.1 faiz təşkil edib. Həm dövlət, həm də məcburi dövlət sığorta haqları hesabına Dövlət Sosial Müdafiə Fondunun hesabından əlilliyə görə müxtəlif ödənişlər alan vətəndaşların sayı müşahidə edilən artım tempinə əsaslanaraq, Hesablama Palatası əlilliyin təminatında inzibati nəzarətin gücləndirilməsinin ciddi ehtiyac olduğunu qeyd edir".
Vüqar Gülməmmədov həmçinin deyib ki, dövlət büdcə xərclərindən nəzərdə tutulan Dövlət proqramları və tədbirlərin əksər hissəsi sosial sahəyə yönəldilib.