Türkiyə MMN Azərbaycanı Milli Dirçəliş Günü münasibətilə təbrik edib
Emin Əmrullayev: Saat hesabı maaş sistemindən uzaqlaşmalıyıq
İndoneziyada torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 15-ə çatıb
Azərbaycanlı investorlara Əbu-Dabi Birjasında qarşılıqlı ticarət imkanı yaradılıb
Almaniya İsrailə silah satışına qoyulan məhdudiyyətləri aradan qaldıracaq
30 Avqust 2019 12:55
31 318
"Səni narahat edən nədirsə, o, başqalarını da narahat edir. Qanunu bilməmək məsuliyyətdən azad etmir. Hər birimiz diqqətli və məsuliyyətli olmaqla hüquq qaydasına əməl etməliyik. Bu, konstitusion tələbdir".
Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat katibi polis-mayoru Elşad Hacıyev avqustun 28-də paytaxtda keçirilmiş reydin nəticələrini şərh edərkən belə deyib.
Onun sözlərinə görə, Azərbaycan Respublikasının Konstitusiyanın 72-ci maddəsində Vətəndaşların vəzifələrinin əsas məzmunudur.
"Belə ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Qanunu bilməmək məsuliyyətdən azad etmir", - deyə o əlavə edib.
Hacıyev deyir ki, bu vəzifələr elementar hüquq normalarıdır. Hər bir vətəndaş tək özünün yox, başqalarının da hüquqlarına hörmət bəsləməlidir: "Məsələn, avtobus dayanacaqlarında, piyada səkilərində, yolun hərəkət hissəsində avtomobillərin saxlanılması, yaşayış yerlərinin yaxınlığında başqalarını narahat edən səs-küy, yolu müəyyən olunmayan yerdən keçmək, yüksək sürət və digər sosial-neqativ əməllər başqalarına mane olur. Yəni "tələsirəm, bir də olmaz", "məcbur oldum", "qanunu bilmədim" cavabları nə qədər doğrudur? Düşünək, səni narahat edən nədirsə, o, başqalarını da narahat edir".
Bildirək ki, reyd zamanı küçə ticarəti, avaraçılıq və dilənçiliklə məşğul olma ilə yanaşı, şəhər görkəminə xələl gətirən, antisanitariya, avtomobil yollarında hərəkətin təhlükəsizliyi, xüsusilə, müəyyən olunmayan yerlərdə – səkilərdə, piyada keçidlərində avtomobillərin saxlanılması və digər hallarla bağlı fəal iş aparılıb.
13:23
413
13:00
476
12:58
553