23 Sentyabr 23:37
23 Sentyabr 23:29
Zəngilanın Cahangirbəyli kəndində 242 fərdi ev tikilir - FOTO
“Dövlət Proqramı dağ-mədən sənayesinin inkişafını nəzərdə tutur”
Bakıda anbardan 51 min manatlıq kombi aparatları oğurlanıb, 4 nəfər saxlanılıb
Yepiskop Aleksiy: Vətən müharibəsindəki qələbənin ölkəmiz üçün böyük əhəmiyyəti var
İrandan Azərbaycana 111 kq narkotik keçirilməsinin qarşısı alınıb - FOTO
9 İyul 2020 12:25
2 485
İlk dəfə əmək müqaviləsi ilə işə qəbul olunan şəxslərə avtomatik qaydada sosial sığorta nömrəsi (SSN) açılması elektron xidməti bu ilin yanvar ayında fəaliyyətə başlayıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bu bu e-xidməti vasitəsilə iyulun 1-dək 120 min şəxsə avtomatik olaraq SSN və bununla da elektron qaydada fərdi hesab açılıb.
Nazirlikdən APA-ya verilən məlumata görə, ilk dəfə işə qəbul olunan hər hansı şəxslə bağlı əmək müqaviləsi bildirişi “Əmək müqaviləsi bildirişi” altsisteminə daxil edilərək qeydiyyatdan keçdiyi andan ona avtomatik olaraq SSN açılması təmin edilir. Daimi xarakter daşıyan SSN ilə də həmin şəxsin fərdi uçot sistemində fərdi şəxsi hesabı yaranır.
Nəticədə o, sosial sığorta sisteminin iştirakçısı kimi, fərdi hesabında gələcək sosial təminatı üçün pensiya kapitalı toplamaq imkanı qazanır.