“HƏMAS-a dəstək regionda gərginliyi artırır”
19 Dekabr 22:46
19 Dekabr 22:46
19 Dekabr 22:24
19 Dekabr 22:18
19 Dekabr 14:16
3 Noyabr 2020 11:27
1 778
Ermənistan silahlı qüvvələri yaşayış məntəqələrimizi intensiv şəkildə raket və ağır artilleriya atəşinə tutmaqda davam edir. Nəticədə Füzuli, Ağdam, Tərtər, Goranboy, Ağcabədi rayonlarının və cəbhə bölgəsindən uzaqda yerləşən Gəncə şəhərinin telekommunikasiya təsərrüfatına da ziyan dəyib.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Trend-ə verilən məlumata görə, baş vermiş zədələnmələrin qısa vaxtda aradan qaldırılması, xidmətin verilməsinin dayanıqlığının təmin edilməsi məqsədilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Aztelekom” MMC-nin əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar.
Döyüş bölgəsində çalışan əməkdaşların təhlükəsizliyi üçün zəruri tədbirlər həyata keçirilir. Düşmənin təxribatları nəticəsində baş verə biləcək bütün zədələnmələrin qarşısını vaxtında almaq üçün “Aztelekom” tərəfindən telekommunikasiya üzrə vəziyyətə nəzarət gücləndirilib.
19 Dekabr 20:27
1 519
19 Dekabr 19:54
1 519
19 Dekabr 19:09
1 526