16 Sentyabr 23:38
17 Dekabr 2020 13:46
2 618
Dekabrın 19-da keçiriləcək ümumtəhsil müəssisələrində şagirdlər üçün keçiriləcək milli qiymətləndirmənin nəticələri şagirdlərin məktəbdaxili qiymətləndirmə üzrə nəticələrinə təsir göstərməyəcək.
Bunu Təhsil Nazirliyindən sorğusuna cavab olaraq bildiriblər.
Nazirlikdən deyilib ki, Nazirlər Kabinetinin 2020-ci il 29 sentyabr tarixli 361 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları”na əsasən Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən mütəmadi olaraq ümumi təhsil pilləsində müxtəlif siniflərdə ayrı-ayrı fənlər üzrə keyfiyyət dəyişikliklərini dəyərləndirmək məqsədilə milli qiymətləndirmələr təşkil olunur.
Sistemli tədqiqat şəklində aparılan qiymətləndirmənin məqsədi etibarlı məlumatların toplanması, təkliflərin verilməsi, problemlərin həlli üçün konkret istiqamətlərin müəyyənləşdirilməsidir. Qiymətləndirmənin əsas məqsədi şagirdlərin təlim nəticələrinə təsir edə bilən amilləri öyrənməklə təhsilin vəziyyəti haqqında məlumat toplamaq, perspektivləri, gələcək fəaliyyəti müəyyənləşdirməkdir.
16 Sentyabr 22:27
707
16 Sentyabr 22:00
686
16 Sentyabr 17:05
756
Rəqəmlər, ekspert fikirləri və dövlətin mübarizə mexanizmləri erkən evliliklərlə bağlı hansı mənzərəni ortaya qoyur? - ARAŞDIRMA