
“Bu, Azərbaycanın artan beynəlxalq nüfuzunu bir daha təsdiqlədi”
18 Oktyabr 20:32
18 Oktyabr 20:32
18 Oktyabr 12:10
17 Oktyabr 18:26
17 Oktyabr 16:55
Qarsda Türk Dünyasının Elmi Birliyini Gücləndirən Beynəlxalq Simpozium Keçirilib
Qəzzanın cənubunda yenidən toqquşmalar başlayıb, Netanyahu Orduya əmr verib - YENİLƏNİB-4
Ukrayna Ordusu Rusiyada neft və qaz emalı zavodlarına zərbə endirib
Oktyabrın 22-dək fasilələrlə yağış yağacaq, leysan olacaq, dolu düşəcək
Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində Binə qəsəbəsində yerləşən evlərdən birindən içərisində 4500 manat nağd pul və 3500 manat dəyərində qızıl-zinət əşyaları olan seyf oğurlayan şəxslər saxlanılıblar.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, əməliyyat zamanı paytaxt sakinləri Abdulla Mustafayev və Bəxtiyar Rzayev tutulublar. Araşdırma zamanı məlum olub ki, bu şəxslər seyfi oğurlayandan sonra Binə qəsəbəsində yaşadıqları evə gətiriblər. Onlar seyfi sındıraraq içərisində olan pul və qızıl-zinət əşyalarını ələ keçiriblər. Polislər tərəfindən seyf və oğurlanan qızıllardan bəziləri həmin ünvandan tapılaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı 3-cü Polis Bölməsində toplanan materiallar Xəzər RPİ-nin İstintaq Şöbəsinə göndərilib. A.Mustafayev və B.Rzayev barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.