Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_d/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_c/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_2/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_8/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_5/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_7/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_0/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_9/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_e/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_3/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_a/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_4/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_6/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_f/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_b/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642
Azərbaycan əsgərini nəinki “İskəndər”in adı, hətta onun istifadəsi belə durdura bilmədi - Ekspert

Azərbaycan əsgərini nəinki “İskəndər”in adı, hətta onun istifadəsi belə durdura bilmədi - Ekspert Hadisə

Azərbaycan əsgərini nəinki “İskəndər”in adı, hətta onun istifadəsi belə durdura bilmədi - Ekspert

Ermənistan dünyada yeganə ölkə oldu ki, 5-10 nəfər dinc insana qarşı hava limanlarının, HHM komplekslərinin, komanda məntəqələrinin, sursat anbarlarının, bazaların, cəmləşmə rayonunda yerləşən texnikaların və körpülərin məhv edilməsi üçün nəzərdə tutulan raket kompleksindən istifadə etdi.

Bunu Trend-ə açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib. O qeyd edib ki, “İskəndər” elə bir silahdır ki, onun adı qarşı tərəfi müharibə addımlarından çəkindirə bilər, ancaq Azərbaycan əsgərini nəinki “İsgəndər”in adı, hətta onun istifadəsi belə durdura bilmədi:

“Çəkindirmə silahının nəinki mövcudluğu, hətta onun tətbiqi belə Azərbaycanı işğal altındakı ərazilərini erməni tapdağından azad etməyə mane olmadı. Şuşanın Azərbaycan Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələrinin qrupları tərəfindən azad edildiyini nəzərə alsaq, o zaman Ermənistan ordusu çəkindirmə silahını bu qruplara qarşı uğursuz istifadə edən ilk ordu kimi antirekorda imza ataraq tarixə düşdü”.

Ə.Verdiyev bildirib ki, erməni ordusu Şuşaya “İskəndər-M” operativ-taktiki raket kompleksinin 500 km atəş məsafəsinə malik orta mənzilli 9M723 raketindən zərbə endirib. Bu kifayət qədər ciddi suallar doğurur:

“Şuşaya atılan raketin modifikasiyası Rusiyanın Ermənistana verdiyi raketin modifikasiyasına uyğun gəlmir. Rusiya Ermənistana “İskəndər E” modifikasiyası verdiyini bildirmişdi. Amma Şuşada tapılan isə daha güclü “İskəndər M” kompleksinin raketidir.

1987-ci ildə SSRİ ilə ABŞ arasında imzalanan Orta və yaxın mənzilli raketlərin ləğvi ilə bağlı Müqavilənin şərtlərinə uyğun olaraq bu raketlər ixrac edilməməli idi. Tam əksinə, onların məhv edilməsinə dair fəaliyyətlər nəzərdə tutulurdu. Görünür, Rusiyanın hərbi dairələri bu müqavilənin də şərtlərini görməzdən gəliblər və “M” modifikasiyalı raketləri Ermənistana ötürüblər”.

Hərbi ekspert qeyd edib ki, Ermənistan heç zaman bu raketlərin təlimlərdə və digər yerlərdə sınaqlarını keçirməyib:

“Digər tərəfdən isə bu raketlərin Ermənistana verilməsi rəsmi olaraq heç bir mənbədə əksini tapmayıb. Hesabatlarda da “İskəndər-M” versiyasının Ermənistana verilməsi barədə məlumatlar mövcud deyil. Belə olan halda həmin raketlərin buraxılması ilə bağlı Ermənistanın potensiala malik olmadığını da nəzərə almalıyıq. Kifayət qədər suallar doğuran bu fakt yəqin ki, daha detallı şəkildə araşdırılıb, əldə olunan məlumatlar müvafiq təşkilatlara təqdim ediləcək. Çünki Ermənistan heç bir zaman “İskəndər” raketlərinin təlimlərdə və digər yerlərdə sınaqlarını keçirməyib. Dolayısı ilə Ermənistan ordusu “İskəndər-M” raketinin buraxılması üçün heç bir hazırlıqlı heyətə malik deyil. “İnanırıq ki, qısa müddət ərzində bu məsələyə aydınlıq gətiriləcək”.