Azərbaycanda koronavirusa yoluxma sayı 3000-i keçdi Hadisə

Azərbaycanda koronavirusa yoluxma sayı 3000-i keçdi

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 3 322 yeni yoluxma faktı qeydə alınıb, 847 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 18 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 373 175 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 340 174 nəfər müalicə olunaraq sağalıb, 5 188 nəfər vəfat edib, aktiv xəstə sayı 27813 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 007, ötən müddət ərzində isə ümumilikdə 4 235 142 test aparılıb.