27 Sentyabr 2021 17:49
3 395
ANAMA işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı açıqlayıb.
ANAMA-dan Trend-ə verilən məlumata görə, sentyabrın 20-dən 25-nə qədər Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 72 piyada əleyhinə, 6 tank əleyhinə mina və 121 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.
185 hektar ərazi mina və PHS-lərdən təmizlənib.
Qeyd edək ki, ötən ay 634 hektar ərazi mina və PHS-lardan təmizlənmişdi.
Rəqəmlər, ekspert fikirləri və dövlətin mübarizə mexanizmləri erkən evliliklərlə bağlı hansı mənzərəni ortaya qoyur? - ARAŞDIRMA
